AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ ERMƏNİSTAN PREZİDENTİ SERJ SARKİSYAN MÜNXENDƏ GÖRÜŞMÜŞLƏR
Münxen, 22 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 22-də Fransanın Münxendəki baş konsulunun iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın görüşü olmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkenin (ABŞ), Bernar Fasyenin (Fransa), Yuri Merzlyakovun (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
######
![]() |
![]() |

