AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BELARUSA RƏSMİ SƏFƏRİ
Bakı, 11 noyabr (AZƏRTAC). Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
######
