Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BOLQARISTANA İŞGÜZAR SƏFƏRİ
DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BOLQARISTANA İŞGÜZAR SƏFƏRİ DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI

Bakı, 14 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 13-də Sofiyada, Prezident Administrasiyasında Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun birgə mətbuat konfransı keçirilmişdir.

Bolqarıstan Respublikasının Prezidenti Georgi PIRVANOV bəyanatla çıxış edərək dedi:

-Hörmətli xanımlar və cənablar!

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyim görüşdən olduqca məmnun qaldığımı bildirmək istəyirəm. Mən onu deyə bilərəm ki, bu gün imzaladığımız iki sənəd əvvəlcə bu istiqamətdə göstərdiyimiz səylərin yekunudur. Biz bu gün buna nail olduq və münasibətlərimizə yeni keyfiyyət gətirdik. Aramızda fəal siyasi dialoq mövcuddur. Eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq meyillərini görürük. Biz beynəlxalq təşkilatlar, o cümlədən Avropa və Avratlantika təsisatları çərçivəsində fəal şəkildə əməkdaşlıq edirik.

Bolqarıstan Şərqi Avropada həyata keçirilən cari layihələrin tanıdılmasında səylərini əsirgəməyəcək, xüsusən də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsində və gücləndirilməsində fəal amil olaraq qalacaqdır.

Kütləvi informasiya vasitələrinin nümayəndələri yaxşı bilirlər ki, Azərbaycan energetika sahəsində bizim yaxın tərəfdaşımızdır. Bu gün biz olduqca mühüm sənədləri imzaladıq. Bu sənədlər əsasında nəinki Bolqarıstan, o cümlədən digər Şərqi Avropa ölkələri üçün təchizatın şaxələndirilməsi ilə bağlı yeni imkanlar açılır. Sazişdə qeyd olunduğu kimi, Bolqarıstana 1 milyard kubmetr həcmində təbii qaz nəql ediləcəkdir. Bu məsələ Bolqarıstanın qazpaylayıcı sistemi Yunanıstanın qazpaylayıcı sisteminə tam birləşdiriləndən sonra baş tutacaqdır.

Siz bildiyiniz kimi, indi biz çox səy göstəririk ki, Azərbaycanda hasil edilən qaz daha sonra sıxılmış formada Yunanıstan vasitəsilə Bolqarıstana da çatdırılsın. Bu layihə strateji əhəmiyyət daşıyır. Çünki bu layihənin həyata keçirilməsi bizim üçün çox vacib olan “Cənub dəhlizi”nin tam təmin edilməsinə töhfə verəcəkdir. Biz texniki əsaslandırma işlərinin olduqca qısa müddət ərzində və çevik surətdə həyata keçirilməsinin tərəfdarıyıq. Bilirik ki, bu baxımdan hər bir ölkə öz texniki əsaslandırma işlərini aparır. İndi isə istəyirik ki, bu işləri birgə aparaq.

Qeyd etdiyimiz bu layihə digər layihələrlə müqayisədə o qədər də bahalı deyildir, böyük xərclər tələb etmir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu layihə həm dinamik, həm də qısa müddət ərzində həyata keçirilə bilən layihədir. Mən Azərbaycan Respublikasının Prezidentinə bu işlərdə şəxsən iştirak etdiyinə görə dərin təşəkkürümü bildirirəm. Məhz bu layihənin həyata keçirilməsində cənab Prezidentin verdiyi dəstək bizim üçün çox önəmlidir.

                                                   X X X

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

-Çox sağ olun, hörmətli cənab Prezident!

Mən, ilk növbədə, ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Bolqarıstanda olmağımdan çox məmnunam və xüsusilə bu gün apardığımız danışıqlar çox gözəl nəticələrə gətirib çıxarmışdır.

Bizim ikitərəfli münasibətlərimiz çox uğurla inkişaf edir. Bolqarıstan bizim üçün çox önəmli tərəfdaş və dost ölkədir. Qarşılıqlı səfərlərimizin də uğuru bir daha onu göstərir ki, biz bütün sahələrdə fəal əməkdaşlıq edirik.

Həmişə olduğu kimi, biz bu gün sizinlə ikitərəfli münasibətlərin gündəliyini müzakirə etdik və gələcək əməkdaşlıq haqqında praktiki addımları müəyyənləşdirdik. Siyasi əlaqələrin yüksək səviyyədə olması əlbəttə ki, bütün başqa sahələrə də öz müsbət təsirini göstərir. Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqda Bolqarıstanın çox önəmli rolu vardır. Azərbaycanın Avratlantika strukturlarına inteqrasiya prosesində Bolqarıstan bizə həmişə dəstək vermişdir və buna görə Sizə çox minnətdarıq. Bu yaxınlarda Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının üzvü olmuşdur. Biz ümid edirik ki, bu proqram çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcəkdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əlaqələr 2006-cı ildən başlanmışdır. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığı haqqında Memorandum imzalanmışdır. Bu gün imzalanmış sənədlər hesab edirəm ki, geniş əməkdaşlığın geniş çərçivələrinə daxil ediləcəkdir. Enerji təhlükəsizliyi məsələləri son illər ərzində dünya gündəliyinin ən önəmli yerlərinə çıxmışdır. Azərbaycan öz tərəfindən enerji təhlükəsizliyi və enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərinin həlli işinə öz töhfəsini verir. Əminəm ki, bu gün imzalanmış sənədlər “Cənub dəhlizi”nin təşkil edilməsində öz müsbət rolunu oynayacaqdır.

İmzalanmış sənədlər ikitərəfli xarakter daşıyır. Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq çox uğurlu olacaqdır. Bu əməkdaşlıq gələcəkdə genişlənəcək və başqa ölkələri həmin müsbət təşəbbüsə cəlb edəcəkdir. Azərbaycan qazının Bolqarıstana çatdırılması nəticəsində Azərbaycan Avropa İttifaqının qaz sahəsində tərəfdaşına çevriləcəkdir. Əminəm ki, bu, Avropa İttifaqı üçün də, bizim üçün də vacibdir.

Azərbaycanın qaz ehtiyatları çox genişdir. Ən minimal hesablamara görə təsdiq edilmiş ehtiyatlar təxminən 2 trilyon kubmetr ətrafındadır. Əlbəttə, biz istəyirik ki, bu qazı ixrac edək, resurslarımızı əmniyyətli və şaxələndirilmiş yollarla dünya bazarlarına çatdıraq. Hazırda Azərbaycan qazı müxtəlif istiqamətlərlə regional bazarlara çıxarılır və əlbəttə, biz istəyirik ki, tərəfdaşlarımızın sayı çoxalsın. Əminəm ki, Bolqarıstan bu işlərdə, Azərbaycan qazının Avropa qitəsinə idxal edilməsində çox önəmli rolunu oynayacaqdır. İmzalanmış sənədlər əsasında yaxın zamanlarda ikitərəfli işçi qrupu yaradılacaqdır. Əminəm ki, işçi qrupunun fəaliyyəti çox uğurlu olacaq və konkret layihələrin həyata keçirilməsi haqqında bizə qısa müddət ərzində təkliflər veriləcəkdir.

Hörmətli cənab Prezident, məni ölkənizə dəvət etdiyinizə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

 

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

Ceyhun QULİYEV (Azərbaycan Televiziyası): Mənim sualım hər

iki Prezidentədir. Ölkələrimiz arasında qeyri-energetika sahəsində əməkdaşlığın perspektivləri barəsində nə deyə bilərsiniz?

İlham ƏLİYEV: Əlbəttə ki, bugünkü görüşdə biz gündəliyimizin bütün aspektlərini müzakirə etdik. İlk növbədə, energetika sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Amma bununla bərabər qeyri-energetika sektorunun inkişafı üçün əməli tədbirlərin görülməsi də çox vacibdir. Prioritet sahələr çoxdur. Onların sırasında deyə bilərəm ki, turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq, nəqliyyat və digər sahələr prioritet xarakter daşıyır və bütün bu istiqamətlərdə ölkələrimiz arasında sıx əməkdaşlıq aparılır. Əminəm ki, növbəti illərdə bu əməkdaşlıq daha sürətlə inkişaf edəcəkdir. Qarşılıqlı investisiya qoyuluşu üçün həm Bolqarıstanda, həm Azərbaycanda çox müsbət sərmayə mühiti mövcuddur və bizim biznes dairələrimiz bu gözəl imkanlardan istifadə etməlidirlər.

Biz iki dost ölkəyik. Bizim aramızda siyasi əlaqələrin yüksək səviyyədə olması, əlbəttə ki, biznes-iqtisadi sahədə də canlanma üçün yaxşı şərait yaradır. Ancaq mən hesab edirəm ki, energetika sahəsində əldə edilmiş razılaşmaların icrası nəticəsində qeyri-energetika sahəsində də əlaqələrin gücləndirilməsi təmin ediləcəkdir.

Georgi PIRVANOV: Mən cənab Prezidentlə tam razıyam ki, bizim enerji sahəsindəki əməkdaşlığımız bütün digər sahələrə yaxşı təkan olacaqdır. Biz hesab edirik ki, iqtisadi böhran şəraitində ölkəmiz üçün yeni bazarların açılması vacibdir. Buna görə də hesab edirik ki, Azərbaycan ilə qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması önəmlidir. Bu baxımdan hesab edirik ki, cənab Prezidentin burada sadaladığı həmin sahələr əməkdaşlığımızın genişləndirilməsi üçün əsas kimi xidmət edə bilər.

Olduqca vacibdir ki, ölkələrimiz arasındakı məsafəni daha da qısaldaq və bunun üçün ölkələrimiz arasında nəqliyyat-daşıma məsələlərini, problemlərini həll etməliyik. Hesab edirəm ki, bu baxımdan ölkələrimiz arasında nəinki ticarət dövriyyəsinin artırılması vacibdir, o cümlədən biz birgə, ümumi müəssisələr yaratmaqla üçüncü ölkələrin bazarlarına çıxa bilərik. Zənnimcə, bu gün görüşümüzdə iştirak edən nazirlər indi və gələcəkdə daha da sıx təmaslar quracaqlar ki, biz birgə konkret layihələr irəli sürək və həyata keçirək.

Vera ALEKSANDROVA (Bolqarıstan Televiziyası): İcazənizlə, mən yenidən enerji sahəsinə qayıdım. Sualım hər iki Prezidentədir. Bilmək istərdim, konkret olaraq Nabukko layihəsi nə vaxt həyata keçiriləcəkdir?

Georgi PIRVANOV: Mən burada konkret tarix söyləyə bilmərəm. Çünki layihə çoxtərəfli layihədir. Bu layihənin başlanması təkcə Bolqarıstan və Azərbaycandan asılı deyildir. Vacibi odur ki, biz - Bolqarıstan və Azərbaycan tərəfləri Avropa İttifaqı üçün mühüm olan bu layihənin prioritet xarakter daşıdığını bəyan etdik. Hesab edirik ki, qazın nəqli ilə bağlı ikitərəfli razılaşmalar da Nabukko layihəsinin tərkib hissəsinə çevrilə bilər və bu baxımdan yalnız ümumi işin xeyrinə olar.

İlham ƏLİYEV: Biz Nabukko layihəsini həmişə dəstəkləmişik və bu gün də dəstəkləyirik. Bu ilin may ayında Avropa İttifaqı tərəfindən təşkil edilmiş enerji zirvəsində Azərbaycan Nabukko layihəsinin həyata keçirilməsinə öz töhfəsini vermişdir və məlum bəyannaməni imzalamışdır.

Nabukko layihəsinin həyata keçirilməsi üçün bir neçə önəmli məsələ öz həllini tapmalıdır. İlk növbədə, resurs bazası olmalıdır. Bu da vardır. Mən bayaq qeyd etdim ki, Azərbaycanın çox böyük qaz ehtiyatları vardır. Biz maraqlıyıq ki, öz resurslarımızı müxtəlif yollarla ixrac edək. Digər önəmli məsələ tranzit məsələsinin həll olunmasıdır. Əfsuslar olsun ki, biz bu vaxta qədər bu istiqamətdə irəliyə heç bir addım ata bilməmişik. Tranzit məsələlərinin həll olunmaması əslində, Nabukko layihəsinin həyata keçirilməsində əsas maneədir. Üçüncü vacib məsələ layihənin maliyyələşdirilməsi məsələsidir. Bu istiqamətdə müəyyən addımlar atılmışdır, ilkin ödənişlər ayrılmışdır. Ancaq bildiyiniz kimi, Nabukko layihəsinin həyata keçirilməsi üçün çox böyük vəsait lazımdır. Hələ ki, o vəsaitin məbləği dəqiqləşdirilir və ən önəmlisi, mənbəyi də dəqiqləşdirilməlidir.

Digər önəmli məsələlər də öz həllini tapmalıdır. Mən sadəcə olaraq əsas üç məsələni qeyd etdim. Üç məsələnin ancaq biri hazır vəziyyətdədir - o da Azərbaycanın resurs bazasıdır. Digər məsələlər əfsuslar olsun ki, hələ müzakirə mövzusudur. Ancaq onu da qeyd etməliyəm ki, biz bu məsələyə daha geniş aspektdən yanaşırıq. Biz bu məsələyə “Cənub dəhlizi” layihəsi kimi yanaşırıq. “Cənub dəhlizi” layihəsinin içində, o cümlədən Nabukko layihəsi də yer tutur. Bundan başqa, Trans Adriatik Kəməri (TAP) layihəsi, Türkiyə-Yunanıstan-İtaliya (TGİ) layihəsi də - onların hamısı “Cənub dəhlizi” layihəsinin içində olan layihələrdir. Bu gün imzalanmış sənədlər “Cənub” layihəsi adlandırdığımız böyük təşəbbüsün həyata keçirilməsində çox önəmli rol oynaya bilər. Çünki bu sənədlərdə iki tərəf iştirak edir. Bolqarıstan və Azərbaycan - iki dost ölkə, əminəm ki, imzalanmış sənədlərin yaxın zamanlarda həyata keçirilməsi üçün nə lazımdırsa onu da edəcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb VİDEO

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb