AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN GÖRÜŞÜ
Sofiya, 13 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 13-də Sofiyada, Prezident Administrasiyasında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun görüşü olmuşdur.
Əvvəlcə prezidentlər İlham Əliyev və Georgi Pırvanov rəsmi foto çəkdirdilər.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.
İqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi. Dövlət başçıları Azərbaycan-Bolqarıstan münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirdilər.
Görüşdə, həmçinin regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

