AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, NATO-nun sammitində iştirak etmək üçün Buxarestdə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də onun üçün ayrılmış iqamətgahda - “Hilton” hotelində Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan ilə Gürcüstanın regional əməkdaşlıq çərçivəsində əlaqələrinin genişlənməsindən məmnunluq ifadə olundu.
Dövlət başçıları qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğuladılar.
######
