Azərbaycan Prezidenti Masallıda 27 yaşayış məntəqəsini birləşdirən yolların tikintisi ilə bağlı Sərəncam verib
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 18-də Prezident İlham Əliyev Masallı rayonunun Ləngan-Əhmədli-Təklə-Köcəkli, Bala Təklə-Şərəfə və Öncəqala-Hüseynhacılı-Viləş-Xallıcalı-Dəlləkli-Qədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan-Əhmədli-Təklə-Köcəkli, Bala Təklə-Şərəfə və Öncəqala-Hüseynhacılı-Viləş-Xallıcalı-Dəlləkli-Qədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon manat ayrılıb.
Sərəncamdan irəli gələn məsələlərin həlli Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə həvalə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]