Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ, MOK-UN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ, MOK-UN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!

Yeni il ərəfəsində bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Həm ilin idman yekunları müzakirə edilir, həm də biz görüşürük, birlikdə oluruq. Dünən Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin toplantısında ilin yekunları haqqında geniş müzakirələr aparılmışdır. Bütövlükdə, Azərbaycan idmançıları bu ili uğurla başa vurdular. Beynəlxalq yarışlarda həm olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə 452 medal qazanılmışdır. Beləliklə, Azərbaycanın idman imkanları daha da geniş şəkildə dünyaya təqdim edilmişdir.

Mən çox sevinirəm ki, ildən-ilə medalların sayı azalmır, artır. Azərbaycanda çox gözəl gənc nəsil yetişir. İdman ənənələri yaşayır, davam etdirilir və Azərbaycan artıq bir neçə ildir ki, dünyada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları ilə yanaşı, idmanla bağlı bütün başqa sahələrdə də işlər yaxşı gedir. İdman infrastrukturu yaradılır, yeniləşir. Bu il də bölgələrdə olimpiya idman komplekslərinin açılışları olmuşdur. Gələn il də yeni komplekslərin açılışları nəzərdə tutulur. Artıq gələn il və ondan sonrakı illərdə komplekslərin sayı böyük rəqəmlərlə ölçüləcəkdir. Mənim yadımdadır, biz 2000-ci ildə bu təşəbbüslə çıxış edəndə nəzərdə tuturduq ki, Bakıda və böyük şəhərlərdə olimpiya kompleksləri tikilsin. Ancaq ondan sonra gördük ki, buna çox böyük maraq var, bölgələrdə idmançıların, xüsusilə gənc idmançıların, uşaqların idmanla məşğul olmağa çox böyük marağı var. Qərar qəbul etdik ki, Azərbaycanın bütün bölgələrində maksimum dərəcədə gözəl idman qurğuları tikilsin. Bildiyiniz kimi, bu idman mərkəzləri dünyanın ən yüksək standartlarına uyğun şəkildə tikilir.

İndi bütün bölgələrdə bu qurğular var. Növbəti mərhələ, şübhəsiz ki, hər bir rayon mərkəzində belə komplekslərin tikintisinə nail olmaqdır. Buna da biz nail olacağıq. Çünki artıq bizim təcrübəmiz də var, maddi imkanlarımız da artır və idman sahəsinə qoyulan investisiyaların həcmi gələcəkdə davam etdiriləcəkdir. Bu sahəyə qoyulan investisiyalar həm Azərbaycanın idman şöhrətini daha da yüksək zirvələrə qaldıracaq, həm də bu, insanların, uşaqların, gənclərin sağlamlığına qoyulan investisiyalardır. Bu, çox böyük əhəmiyyət kəsb edir. Fiziki sağlamlıq, mənəvi sağlamlıq, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi - bütün bu amillər idmanda cəmləşir və idman Azərbaycan cəmiyyətinin çox önəmli bir tərkib hissəsidir.

Yəqin bilirsiniz ki, indi dünyada, demək olar, bütün ölkələrdə idmanın inkişafına çox böyük diqqət vardır. Beynəlxalq yarışlarda ölkələr bir-biri ilə yarışırlar. Hər bir ölkənin idman uğurları o ölkənin imicini, şöhrətini artırır, qaldırır. Biz Azərbaycanda bunu çoxdan bilirdik və öz işimizi bu istiqamətdə düzgün qura bilmişik. İdmanla məşğul olan bütün qurumlar bu il səmərəli işləmişlər, yenə də ənənəvi olaraq, vahid konsepsiya çərçivəsində işləmişlər. Həm Olimpiya Komitəsi, İdman və Gənclər Nazirliyi, həm də federasiyalar, idman cəmiyyətləri, klublar. Bir sözlə, bu sahədə fəaliyyətin əlaqələndirilməsi və birgə fəaliyyət planının icra olunması idmanın uğurlarına gətirib çıxarır.

Biz 2007-ci ildə Azərbaycanı dünyaya daha da tanıtmaq üçün iki böyük idman yarışı keçirdik. Daha doğrusu, bu yarışların sayı daha çox idi. Mən yeniyetmələr arasında keçirilən Avropa və dünya birinciliklərini sadalaya bilərəm, lisenziya yarışlarını sadalaya bilərəm. Amma Avropa və dünya çempionatlarının keçirilməsi, əlbəttə, nəinki idman hadisəsi, ümumiyyətlə, böyük beynəlxalq hadisədir.

Biz bu iki tədbiri - həm bədii gimnastika üzrə Avropa çempionatını, həm də güləş üzrə dünya çempionatını uğurla keçirə bilmişik. Bu növlər üzrə bütün Avropa və dünya idmançıları Azərbaycana gəlmişlər. Bu onu göstərir ki, bizim çox gözəl təşkilatçılıq qabiliyyətimiz var. Bu beynəlxalq yarışların keçirilməsi Azərbaycanın şöhrətini, imicini qaldırdı. Bizim təşkilatçılıq qabiliyyətimizi geniş dünya ictimaiyyətinə təqdim etdi.

Güləş üzrə çempionatda rekord sayda idmançılar və ölkələr iştirak etmişdir. Yüzdən çox ölkə Azərbaycana öz nümayəndəsini göndərmişdi. Bu nümayəndələr ölkəmizlə, uğurlarımızla tanış olaraq, əlbəttə ki, Azərbaycan haqqında düzgün, ədalətli həqiqətləri öz yaşadıqları ölkələrə çatdırırlar və çatdıracaqlar. Bu, çox vacibdir. Biz gənc ölkəyik, müstəqilliyimizin cəmi 16 yaşı var. Baxmayaraq ki, Azərbaycan çox böyük mədəni irsə malikdir, bizim çox böyük zəngin mədəniyyətimiz, tariximiz var, yenə də biz hələ ki, dünyaya özümüzü tanıtmalıyıq, Azərbaycanı tanımalıdırlar, Azərbaycanda baş verən hadisələr bəlli olmalıdır. Azərbaycan həqiqətləri dünyada nə qədər çox yayılsa, bir o qədər də Azərbaycan haqqında müsbət fikir yaradacaqdır. İdman bu sahədə əvəzolunmaz bir vasitədir. Bir daha demək istəyirəm ki, 100 ölkənin nümayəndəsi Azərbaycandakı vəziyyətlə tanış ola bilmişdir.

Bizim beynəlxalq yarışları uğurla keçirməyimiz, əlbəttə, gələcəkdə daha da mötəbər yarışların keçirilməsinə zəmin yaradacaqdır. Artıq dünya çempionatından böyük dünya yarışı yoxdur. Təbii ki, söhbət gələcəkdə Olimpiya oyunlarının Azərbaycanda keçirilməsindən gedə bilər. Biz belə bir təşəbbüsü irəli sürəndə bu, gözlənilməz idi. Ancaq həyat göstərir ki, nə qədər düzgün qərar qəbul etmişik. Bu gün biz bütün dünyaya sübut edirik ki, baxmayaraq, Azərbaycan gənc müstəqil dövlətdir, amma dövlət kimi artıq formalaşmışdır, ayaq üstə möhkəm durur. Dünya miqyaslı mötəbər tədbirləri keçirməyə qadirdir. Buna həm təşkilatçılıq imkanlarımız, həm maliyyə vəsaitlərimiz, həm də bütövlükdə, ölkəmizin gücü, potensialı imkan verir.

Bu gün dünyanın 6 böyük şəhərləri ilə yanaşı, Bakının da adı çəkilir. Bu da çox vacibdir. Bütün kütləvi informasiya vasitələrində, Olimpiya oyunları ilə bağlı olan məlumatlarda Bakının adı gedir. Bizim şəhərimizi tanımayanlar onu tanıyacaqlar. İlk dəfə şəhərimizin adını eşidənlər onu ya internetdən, ya da kitablardan öyrənəcəklər. Biz, istər-istəməz, nəinki bütün idman ictimaiyyətinin, ümumən dünya ictimaiyyətinin diqqətini cəlb edə bilmişik. Çünki siz bunu yaxşı bilirsiniz, Olimpiya oyunları, sadəcə, idman yarışı deyildir. Olimpiya oyunlarını başqa idman yarışlarından fərqləndirən məhz budur ki, o, dünyanın ən böyük beynəlxalq tədbirlərindən biridir. Dünya çempionatı ilə Olimpiya oyunlarının fərqi məhz bundadır. Həm orada, həm də burada eyni idmançılar iştirak edirlər. Qələbəni qazanmaq üçün eyni səylər ortaya qoyurlar. Ancaq beynəlxalq diqqət baxımından bunlar müqayisəolunmaz tədbirlərdir. 

Biz Bakını artıq dünyanın tanınmış və aparıcı ölkələrinin əsas şəhərlərinin sırasına sala bilmişik. Yəni biz bu məqsədə nail ola bildik. Ancaq əgər bizim məqsədimiz təkcə bundan ibarət olsaydı, öz işimizi bitmiş hesab edərdik. Mən hesab edirəm ki, biz öz şansımızı axıra qədər sınamalıyıq. İndi geniş təqdimat sənədləri tərtib olunub və beynəlxalq idman federasiyalarının rəhbərləri ilə, digər idman xadimləri ilə bu məsələ ciddi şəkildə müzakirə edilir. Biz çalışmalıyıq ki, öz imkanlarımızı maksimum səfərbər edib Bakının, Azərbaycanın imkanlarını maksimum dərəcədə geniş şəkildə təqdim edək. Əlbəttə ki, bu mübarizə asan olmayacaqdır. Çünki tarixdən görürük ki, adətən, birinci dəfə müraciət edən şəhərə Olimpiya oyunlarının keçirilməsi heç vaxt müyəssər olmamışdır. Adətən, şəhərin imkanlarını ikinci, üçüncü dəfədən, bəlkə də ondan bir neçə dəfə çox da sınayırlar. Ona görə biz realist olmalıyıq. Bu məsələyə realist prizmadan yanaşmalıyıq və bilməliyik ki, adətən, ilk dəfə müraciət edən şəhərə cavab müsbət olmur. Ancaq bununla bərabər, biz bütün lazımi tədbirləri görməliyik.

Biz artıq bilirik və dünya da bilir ki, planetin ən böyük idman tədbirinin Azərbaycanda keçirilməsinə hazırıq. Bizim buna həm iqtisadi, həm təşkilatçılıq, həm də infrastruktur imkanlarımız çatır və 2016-cı ilə qədər Azərbaycanda görüləcək işlər ölkəmizi və əlbəttə, Bakını dünyanın aparıcı ölkəsinə və şəhərinə çevirəcəkdir. Hamımız görürük ki, Bakı necə inkişaf edir. Bakıda böyük infrastruktur layihələri həyata keçirilir, böyük tikintilər gedir, insanların rahatlığı üçün bütün şərait yaradılır. Bizim planlarımız da bu işi davam etdirməkdir. O cümlədən şəhərimizin idman infrastrukturunun yeniləşməsi və yaradılması bizim planlarımızdadır.

Biz artıq bölgələrdə olimpiya komplekslərini kifayət qədər inşa etdik. O komplekslər ki, böyük ölkələrin paytaxtları onlarla fəxr edə bilər. Biz bu işi davam etdirəcəyik. Ancaq hesab edirəm ki, Bakı şəhərində yeni müasir, böyük idman qurğularının tikintisinə də başlamalıyıq. Müvafiq göstərişlər verilibdir və işlər artıq gedir, araşdırmalar aparılır. Mən hesab edirəm ki, ilk növbədə, Bakıda böyük üzgüçülük kompleksi yaradılmalıdır. Biz demək olar ki, bölgələrdə tikilən bütün idman komplekslərində üzgüçülük hovuzunun olmasını da nəzərdə tuturuq. Amma indi gərək açıq danışaq, Bakıda lazımi səviyyədə olan üzgüçülük hovuzu yoxdur. Olan hovuzlar, çox köhnəlib, böyük təmirə ehtiyacları var, lap təmir olunsalar belə, onlar dünya səviyyəsinə uyğun deyildir. Bizim yeniləşən, gözəlləşən şəhərimizə də uyğun deyildir. Ona görə mən göstəriş vermişəm, Gənclər və İdman Nazirliyi indi bu məsələ ilə məşğuldur. Böyük üzgüçülük kompleksi tikilməlidir ki, orada bütün su idmanı növləri üzrə dünya çempionatları və gələcəkdə olimpiya oyunları keçirilə bilsin. 

Bununla bərabər, mən hesab edirəm, vaxtı gəlib ki, Bakıda futbol üzrə yeni olimpiya stadionu tikilsin. Tofiq Bəhramov adına stadionumuz uzun illərdir ki, fəaliyyət göstərir, əsaslı təmir olunub, orada müasir avadanlıq quraşdırılır və bu proses davam etdiriləcəkdir. Ancaq əlbəttə, Bakı kimi şəhərə daha müasir stadion lazımdır. Xüsusilə nəzərə alsaq ki, biz futbolun inkişafına çox böyük diqqət göstərəcəyik və xüsusi proqramlar, planlar var. Bu sahəyə çox böyük investisiya qoyulacaq, böyük şirkətlər sponsorlar kimi cəlb olunacaqdır. Mən ümid edirəm ki, biz futbolda dönüş yaradacağıq. İndiki vəziyyətlə barışmaq çox çətindir, biz hamımız futbol yarışlarına, oyunlara böyük məyusluqla baxırıq. Çünki futbol dünyanın ən populyar idman növüdür və bu idman növündə Azərbaycan oyunçularının belə səviyyədə çıxış etməsi ölkəmizə başucalığı gətirmir. Ona görə dünyanın ən populyar idman növü kimi, futbol Azərbaycanda çox sürətlə inkişaf etməlidir. Biz bilirik ki, bunun üçün nə etmək lazımdır. Həm peşəkar mütəxəssislər dəvət ediləcək, həm də xüsusilə, ilk növbədə, biz uşaq futboluna, yeniyetmə futboluna, gənc nəslin yetişdirilməsi prosesinə ciddi yanaşacağıq. Bu, vaxt tələb edəcəkdir. Biz başqa ölkələrin, vaxtilə futbolun o qədər də inkişaf etmədiyi ölkələrin təcrübəsindən bilirik ki, bir neçə il - 5 il, 10 il lazımdır ki, milli komanda yüksək səviyyəyə çatsın.

Biz bütün işləri daha da sürətlə aparırıq. Mən ümid edirəm ki, görüləcək bütün tədbirlər nəticəsində Azərbaycan futbolu dirçələcəkdir. Yəni demək istəyirəm ki, böyük olimpiya futbol stadionunun tikintisinə ehtiyac vardır. Artıq müvafiq göstərişlər verilibdir. Bunun layihəsi ilə bağlı işlər, demək olar, başlayıb və biz bunu etməliyik.

Bildiyiniz kimi, idman infrastrukturunun möhkəmlənməsi üçün bölgələrdə dünya miqyaslı infrastruktur yaradılır. Mingəçevir avarçəkmə bazası yeniləşir, demək olar, yenidən tikilir. Biz bu məsələ ilə uzun illərdir məşğul olurduq. Hətta mənim yadımdadır, Beynəlxalq Olimpiya Komitəsinə müraciət etmişdik ki, bizə kömək göstərsin. Ancaq axırda gördük ki, bunu özümüz etməliyik. Layihə hazırlandı və işlərə başlanmışdır və Mingəçevirdə çox müasir, gözəl avarçəkmə bazası tikilir. Eyni zamanda, orada beynəlxalq yarışların keçirilməsi də nəzərdə tutulur.

Bu, həm Azərbaycanda avarçəkmənin inkişafına təkan olacaq, həm də Mingəçevir şəhərinin inkişafına böyük təkan verəcəkdir. Çünki Şərqi Avropa ölkələrindən, keçmiş Sovet İttifaqı, MDB məkanından çoxlu müraciətlər vardır. Vaxtilə bu, sovet məkanında yeganə baza idi ki, orada ilboyu avarçəkmə ilə məşğul olmaq mümkün idi, bütün bazalar qışda donur. Biz bütün bu işləri bundan sonra da görəcəyik və əlbəttə, Azərbaycanda güclü idman infrastrukturunun yaradılması həm idmana xidmət edir, həm də ölkənin ümumi inkişafının göstəricisidir.

Gələn ilə az vaxt, bir neçə gün qalıbdır. Gələn il Olimpiya oyunları ilidir. Biz ciddi hazırlaşırıq. Hələlik beynəlxalq lisenziya turnirlərində ilk lisenziyalar əldə edilibdir. 2008-ci il həlledici il olacaqdır. Pekin Olimpiya oyunları başqa Olimpiya oyunlarından son dərəcə fərqlənəcəkdir. Orada rəqabət daha da güclü olacaqdır. Bildiyiniz kimi, Çin milli komandası həmişə dünya reytinqində qabaqcıl yerlərdədir və şübhəsiz, onlar çalışacaqlar ki, doğma vətəndə daha da böyük nailiyyətlərə çatsınlar. Ona görə rəqabət daha da güclənəcəkdir. Biz də bu rəqabətə hazır olmalıyıq, gözəl praktikanı, gözəl ənənəni davam etdirməliyik. Müstəqil Azərbaycan dövləti həm Sidney, həm də Afina Olimpiya oyunlarında çox ləyaqətlə təmsil olunmuşdu. İdmançıların çıxışları, medalların sayı, bütövlükdə, hazırlıq səviyyəsi çox yüksək idi. Mən əminəm ki, 2008-ci ildə də bizim idmançılarımız Olimpiya oyunlarında bütün Azərbaycan xalqını sevindirəcəklər.

Bildiyiniz kimi, biz idmanın bütün aspektləri ilə çox ciddi məşğul oluruq. Mən bu məsələlərlə mütəmadi qaydada məşğul oluram. İdmançılarla il ərzində bir neçə dəfə görüşmüşük. Bir daha demək istəyirəm ki, ilin sonundakı bu görüşlərimiz gözəl ənənədir. Bir daha bir-birimizi görürük, görüşürük, mən öz fikirlərimi, ürək sözlərimi sizə deyirəm, idmançıları mükafatlandırırıq. Bir qədər bundan əvvəl Milli Olimpiya Komitəsi tərəfindən idmançılara pul mükafatları verilibdir. İdmançıların məşqçilərinin, idman veteranlarının sosial məsələlərinə diqqət göstəririk. Veteranlar daim diqqət hiss etməlidirlər. Çünki idmançının idmandakı ömrü uzun deyildir. O, bütün bacarığını, imkanlarını, hətta bəzi hallarda öz sağlamlığını ölkənin idman şöhrətinə sərf edir. Onun idman ömrü sona çatanda bəzi hallarda biz görürük ki, həm iş problemi yaranır, həm məişət problemləri çoxalır, həm də bəzən idmançılar bir növ təcrid olunmuş vəziyyətə düşürlər.

Ona görə biz bu məsələdə çox diqqətli olmalıyıq. Öz doğma xalqı, ölkəsi üçün çalışan, böyük nailiyyətlər qazanan idmançılar sonrakı həyatda daim dövlətin qayğısını hiss etməlidirlər. Bu qayğı sadəcə olaraq, xoş sözlərlə məhdudlaşmamalıdır. Halbuku, bu da çox lazımdır və mütləq olmalıdır. Bu qayğı hərtərəfli olmalıdır. Biz istəyirik ki, idmanla məşğul olanlar - idmançılar, idmanın inkişafında böyük xidməti olan insanlar, peşəkarlar, idman mütəxəssisləri, veteranlar lazımi məişət şəraiti ilə təmin edilsinlər. Hər il biz bu məsələyə baxırıq, həll edirik. Bu il də istisna deyil və bu gün bir qrup idmançı və idman mütəxəssisi yeni mənzillərlə mükafatlandırılacaqlar. Deyə bilərəm ki, bu praktikanı MDB məkanında ilk dəfə Azərbaycan Milli Olimpiya Komitəsi tətbiq etmişdir. Başqa sahələrdə də bizim təşəbbüslərimiz digər ölkələr üçün də örnək olmuşdur. Biz federasiyalara ölkədə tanınmış insanları gətirdik və dərhal gördük ki, federasiyaların işi daha da sürətlə getməyə başlamışdır. İdmançılar bunu çox yaxşı bilirlər, izah etməyə ehtiyac yoxdur. Özləri hiss edirlər. Federasiyalara yeni, daha da məsuliyyətli, daha da hərtərəfli insanlar gələndən sonra işlər daha da sürətlə gedir. Azərbaycanın idmanı bax, bu cür inkişaf edəcəkdir.

Milli Olimpiya Komitəsinin, İdman və Gənclər Nazirliyinin, federasiyaların, idman cəmiyyətlərinin, klubların və idman ictimaiyyətinin birgə səyləri nəticəsində Azərbaycanın idmanı daha da inkişaf edəcək və bundan sonra da böyük qələbələrə çatacağıq.

Mən sizin hamınızı qarşıdan gələn bayramlar - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı arzulayıram. İdmançılara 2008-ci ildə qələbələr arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).

X X X

Sonra Azərbaycanda idmanın inkişafında böyük rolu olmuş idmançıların, məşqçilərin, idman mütəxəssislərinin mükafatlandırılması oldu. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, ilin yekunlarına görə idmançılara pul mükafatları təqdim edilmişdir. İndi isə yeni mənzillərin orderləri veriləcəkdir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev sərbəst güləş üzrə dünya kubokunun sahibi, veteran Telman Paşayevə, pauerliftinq üzrə dünya çempionu Rüfət Ağayevə, Mərkəzi Ordu İdman Klubunun rəisi Natiq Əliyevə, şahmat üzrə beynəlxalq qrossmeystr Vüqar Həşimova, boks üzrə əməkdar məşqçi Zakir Əliyevə, bədii gimnastika üzrə qrup baş məşqçisi Natalya Nərimanovaya, basketbol üzrə baş məşqçi Elxan Əliyevə, idman veteranları Cabir Əliyevə, Valiyə Sadıxovaya, keçmiş dünya çempionu Samir İbrahimova, güləş üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ağalar Aslanova, cüdo üzrə Avropa çempionu Elnur Məmmədlinin məşqçisi Yaşar Allahverdiyevə, yüngül atletika üzrə veteran məşqçi Hacıbaba Zeynalova, kik-boksinq üzrə dəfələrlə dünya çempionu Araz Musayevə, veteran həndbolçu İradə Qocayevaya, taekvondo üzrə iki dəfə dünya çempionu Zahid Məmmədova, veteran futbolçu Kazbek Tuayevə, şahmat üzrə beynəlxalq dərəcəli hakim Faiq Həsənova yeni mənzillərin orderlərini təqdim etdi.

 X X X

MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova dövlətimizin başçısını doğum günü münasibətilə idmançılar adından təbrik edərək, ona uzun ömür, cansağlığı arzuladı və xatirə hədiyyəsi təqdim etdi.

X X X

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə dövlətimizin başçısına müraciətlə dedi: Möhtərəm cənab Prezident, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsi “Olimpiya” ordeni təsis etmişdir. İcraiyyə Komitəsinin qərarı ilə bir nömrəli orden Sizə təqdim olunur.

“Olimpiya” ordeni Prezident İlham Əliyevə təqdim edildi.

Dövlətimizin başçısı bu mükafata görə minnətdarlığını bildirdi, idmançıları, veteranları qarşıdan gələn bayramlar münasibətilə bir daha təbrik etdi, onların hər birinə xoşbəxtlik, cansağlığı arzuladı.

X X X

Prezident İlham Əliyev sonra Respublika Olimpiya Mərkəzində aparılmış təmir işləri ilə tanış oldu.

Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, əvvəllər yüngül atletika maneji kimi tanınmış bu qurğu əsaslı təmir edilmişdir. İdmançılar iki aydan çoxdur burada məşqlərə başlamışlar. Qurğu demək olar ki, tamamilə yeniləşmiş, təzə avadanlıq, o cümlədən fotofiniş avadanlığı alınmışdır.

Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi, idmançıların yetişməsində bu qurğunun əhəmiyyətli rol oynadığını söylədi, onun istiliklə təmin edilməsi barədə müvafiq tapşırıqlar verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması