Azərbaycan Prezidenti polşalı həmkarını təbrik edib
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya ölkəsinin milli bayramı - Konstitusiya Günü münasibətilə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Polşa əlaqələrinin zəngin tarixə və xoş ənənələrə malik olduğunu qeyd edib. Prezident İlham Əliyev inandığını bildirib ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi siyasi təmaslarımızın müvəffəqiyyətlə davam etdirilməsi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün daim möhkəm təməl olacaq.
Dövlətimizin başçısı polşalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Polşa xalqına əmin-amanlıq və rifah arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]