AZƏRBAYCAN PREZİDENTİNİN BELARUSA RƏSMİ SƏFƏRİ BAŞA ÇATDI
Minsk, 13 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfərini başa çatdıraraq Bolqarıstana işgüzar səfərə yola düşmüşdür.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk milli hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Belarusun Baş naziri Sergey Sidorski və digər rəsmi şəxslər yola saldılar.
######
