Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidentinin “Euronews”a müsahibəsində səsləndirdiyi fikirlər dünya birliyinə də ciddi mesaj idi – Şərh

Azərbaycan Prezidentinin “Euronews”a müsahibəsində səsləndirdiyi fikirlər dünya birliyinə də ciddi mesaj idi –  Şərh

Bakı, 3 avqust, AZƏRTAC

Ermənistan üzərindəki tarixi Qələbəmiz həm Azərbaycanın, həm də onun lideri Prezident İlham Əliyevin dünya miqyasındakı reytinqini daha da artırdı. Şanlı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimiz, xüsusilə Şuşa nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirdikləri məkana çevrildi. Dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, diplomatların, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdikləri bu tədbirlərdə Azərbaycan həqiqətləri bir daha dünya ictimaiyyətinə bəlli olur. Dövlət başçımızın aparıcı media nümayəndələrinə verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər Ermənistana, onun havadarlarına, habelə dünya birliyinə ciddi mesajdır. Bu yaxınlarda Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada keçirilən Qlobal Media Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun , həmçinin 60 yerli media rəhbəri və nümayəndəsinin iştirakı ölkəmizin beynəlxalq aləmdəki artan nüfuzunun göstəricisidir. Həmin tədbirdə dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsi böyük rezonans doğurub. Dövlətimizin başçısı bu müsahibəsində də Azərbaycanın sülh tərəfdarı olduğunu, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, tikinti-quraşdırma işləri barədə ətraflı məlumat verdi. Bir daha bəyan etdi ki, Azərbaycan sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən hər hansı tərəfi dəstəkləyəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısının müsahibəsindəki ciddi mesajlar, cəsarətli, qətiyyətli fikirlər həm Ermənistana, həm də onun havadarlarına xəbərdarlıq kimi də qəbul edilməlidir. Yəni, Ermənistanın ayrı çıxış yolu qalmayıb. Bundan sonra bu ölkə Azərbaycanla müharibə etmək iqtidarında deyil və ola bilməz. Çünki hazırda ölkəmiz dünyanın güclü dövlətlərindən birinə çevrilməkdədir. Xankəndidə yaşayan ermənilərin də bir yolu qalıb. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Prezident də bu barədə qəti fikrini bildirdi. Dedi ki, bu, onların seçimidir. Təbii ki, biz onlara seçim hüququ veririk. Onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Prezident İlham Əliyev, həmçinin qəti olaraq bildirdi ki, biz separatizmə dözməyəcəyik.

Ç.Qənizadə Prezident İlham Əliyevin müxbirin suallarına verdiyi cavabları, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın tərəfində olduğunu, yəni Ermənistanın törətdiklərinin beynəlxalq hüquqa zidd olduğunu təsdiqləməsini xatırlatmasını, bu gün az qala dünyada müzakirə obyektinə çevrilmiş Laçın dəhlizi barədə fikirlərini, Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurmağımızın legitim hüququmuz olmasını qəti şəkildə bildirməsi dünya birliyinə də ciddi mesaj idi. Bir sıra xarici şirkətlərin bu yolla təbii sərvətlərimizi, o cümlədən dəmir filizi və qızılı Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşımasına dözə bilməzdik. Vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma buna baxmayaraq, yol yenə də bağlı deyildi, hərəkət azad idi. Halbuki Ermənistan və havadarları beynəlxalq aləmdə bu yolun bağlı olması barədə əsassız hay-küy salırdılar. Ancaq istəklərinə nail ola bilmədilər. Hazırda da bu yolda hərəkət etmək azadlığı bloklanmayıb. Çünki həmin sərhəd-keçid məntəqəsi qurulduğu vaxtdan etibarən Qarabağın 2 mindən çox sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Komitə sədri deyib ki, müsahibədə maraq doğuran məsələlərdən biri də son vaxtlar Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında Avropa İttifaqı Şurasının vasitəçilik etməsi barədə sual idi. Dövlətimizin başçısı bildirdi ki, bu işdə Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük.

Hüquq müdafiəçisi müsahibədə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri aparıldığından da söhbət açıldığını xatırladıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır

Xaçmazda qaz xətti zədələnib, 13 kəndin mavi yanacaqla təminatında fasilə yaranıb