Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri izləyəcəklər
Bakı, 1 dekabr (AZƏRTAC). Dekabrın 4-də Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri Azərbaycan Respublikası Milli Məclisinin deputatları da izləyəcəklər.
Azərbaycan parlamentinin deputatları bu məqsədlə paytaxt Moskva və Sankt-Peterburq şəhərlərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Azay Quliyev ATƏT Parlament Assambleyasının, deputatlar Sabir Hacıyev, Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcəklər.
Deputatlardan Elton Məmmədov, Mirkazım Kazımov, Ərəstun Cavadov, Rüfət Quliyev MDB Parlament Assambleyasının, Elmira Axundova, Fuad Muradov isə MDB İcraiyyə Komitəsinin müşahidəçilər qrupunun tərkibində müşahidə missiyasını yerinə yetirəcəklər.
Səfər dekabrın 5-də başa çatacaqdır.