AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Məşhur siyasi xadim, Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.
Görkəmli siyasi xadim, dərin zəkaya malik və valehedici insan həyatdan getmişdir. Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı, Qazaxıstan və Azərbaycan xalqları arasında çoxəsrlik dostluğun möhkəmlənməsi üçün çox işlər görmüşdür.
Azərbaycan xalqına əvəzsiz itki üz vermişdir. Biz Sizinlə birlikdə kədərlənirik.
Erik Jusupov
Qazaxıstan Respublikasının Rumıniyadakı
müvəqqəti işlər vəkili
Buxarest, 13 dekabr 2003-cü il.