AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sinqapurdakı “Keppel Şirkətlər Qrupu” və Bakıdakı “Kaspian Şipyard” şirkəti adından Azərbaycan xalqına, Sizə və ailənizə dərin hüznlə başsağlığı veririk.
Azərbaycan böyük liderini, dünya böyük dövlət xadimini itirdi. Siz və ailəniz böyük ailə başçısını itirdiniz. Azərbaycandakı əcnəbi icması Heydər Əliyevin rəhbərliyi ilə ölkədə yaradılmış sabitlik və təhlükəsizlikdən məmnun qalmışdır. Dünya Azərbaycanda demokratik prezident seçkilərinin və prezidentliyin Heydər Əliyevdən İlham Əliyevə rəvan surətdə keçməsinin şahidi olmuşdur.
Heydər Əliyevin vəfatının 40-cı günü hər il Azərbaycanda qeyd olunan Şəhidlərin xatirə gününə təsadüf edir. Heydər Əliyev şəhiddir. O, xalqının qayğısına qalırdı və özünü xalqına fəda etdi. Dəfn mərasimi zamanı və matəm günlərində öz ehtiramını bildirməyə çox böyük sayda insanın gəlməsi onların Azərbaycanın xilaskarına sevgi, məhəbbət və hörmətinin əyani təsdiqidir. Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycan xalqının dərdinə şərik oluruq.
Azərbaycan tarixinin böyük bir dövrü başa çatmışdır. İlham Əliyevin rəhbərliyi ilə yeni dövr başlamışdır. Azərbaycan siyasi sabitliyin, iqtisadiyyatın hərtərəfli inkişafının davam etdirilməsi yolunu seçmişdir. Sinqapurun “Keppel Qrupu” Azərbaycanın məqsədlərinə çatmasına kömək üçün lazım olan istənilən yardımı göstərəcəkdir.
Səmimiyyətlə Sizin,
Çlaubenq Çu
Sinqapurun “Keppel Ofşor ənd
Merin Ltd.” şirkətinin sədri və baş
icraçı direktoru.