AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini dərin hüznlə öyrəndik.
Beynəlxalq miqyasda təsdiq edilmişdir ki, Sizin atanız müasir Azərbaycanın baş memarıdır. O, yeni minillikdə Azərbaycan üçün iki əsas amilin, yəni sülhün və firavanlığın təmin edilməsinin əhəmiyyətini bilirdi.
Bu yaxınlarda Nyu-Yorkda keçirdiyimiz görüşdən sonra mənə məlum oldu ki, Siz atanızın uzaqgörən fikirlərinə və ideallarına şəriksiniz və onun nailiyyətlərini davam etdirəcəksiniz.
Şəxsən Sizin və millətinizin itkisi ilə bağlı Sizə, ailənizə və Azərbaycan xalqına səmimi qəlbdən başsağlığı veririk.
Səmimiyyətlə Sizin,
Mark Mallok Braun,
Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramının inzibatçısı.