RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
18 Oktyabr - Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və xoş arzularımı çatdırıram.
Böyük əminliklə qeyd etməliyəm ki, Azərbaycan son illərdə yüksək iqtisadi inkişaf əldə etmiş və xalqının rifahı naminə tərəqqiyə nail olmuşdur.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcək və daim inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, bir daha dövlətinizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Xahiş edirəm səmimi salamlarımı və ali təqdirimi qəbul edin.
General Pərviz Müşərrəf
Pakistan İslam Respublikasının Prezidenti