AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - 28 May - Respublika günü münasibətilə ən səmimi salamlarımı və təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunmuş və xalq dövlət quracağını bəyan etmişdir. Sizinlə xatirələrinizi və həmin günün qeyd edilməsini bölüşür və qarşıdakı illərdə də Azərbaycanla tərəfdaşlığımızın möhkəmləndiriləcəyini səbirsizliklə gözləyirəm.
Amerika xalqı adından, Sizə və Azərbaycan xalqına müstəqillik günü münasibətilə ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Barak Obama
Amerika Birləşmiş Ştatlarının Prezidenti