AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı ilə əlaqədar Zati-alilərinizə və Sizin simanızda dost Azərbaycan xalqına Çin Xalq Respublikası hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan səmimi təbrikləri və xoş arzuları çatdırıram.
Son illərdə Zati-alilərinizin rəhbərliyi altında Azərbaycanda sabit siyasi vəziyyət, iqtisadiyyatın sürətli inkişafı, xalqın maddi rifah halının xeyli yüksəlməsi müşahidə olunur, dövlətinizin beynəlxalq nüfuzu durmadan artır. Çin tərəfi Azərbaycanın dostu, tərəfdaşı və əməkdaşı olmaqla, bu uğurlara sevinir və Azərbaycana quruculuq işlərində səmimi qəlbdən daha böyük nailiyyətlər arzulayır.
Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulduğu gündən ötən 17 ildə ikitərəfli münasibətlərin sağlam və sabit inkişafı müşahidə olunur. Ölkələrimiz arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, ticarət-iqtisadi, humanitar sahələrdə əməkdaşlıq və mübadilə durmadan dərinləşir, əlverişli əlaqələr dəstəklənir. Beynəlxalq məsələlərdə hər iki tərəf yaxşı əlaqələr qurmuşdur.
Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə müxtəlif sahələrdə dostluq əlaqələrini gələcəkdə də genişləndirməyə, qarşılıqlı siyasi etimadı artırmağa, işgüzar əməkdaşlığı genişləndirməyə, Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərini yeni mərhələyə yüksəltməyə hazırdır.
Ölkənizə tərəqqi, xalqınıza xoşbəxtlik və rifah arzulayıram.
Sizə möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram.
Xu Szintao
Çin Xalq Respublikasının Sədri