AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə, icazə verin, Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularla xoşbəxtlik, rifah və nailiyyət diləyim.
Ölkələrimiz arasında olan çox sıx münasibətlərdən məmnunluq duyuram.
Bütün sahələrdə münasibətlərimizi daha da inkişaf etdirmək məqsədilə Sizinlə mütəmadi dialoq saxlamaq niyyətindəyəm.
Cənab Prezident, Sizi əmin etmək istərdim ki, Fransa Minsk qrupunun həmsədri qismində artıq uzun zaman davam edən Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həlli naminə Sizin yanınızdadır.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Nikola Sarkozi
Fransa Respublikasının Prezidenti