AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Böyük məmnuniyyət hissi ilə Sizə, Azərbaycan hökuməti və xalqına milli bayramınız münasibətilə səmimi təbriklərimi çatdırıram.
Mövcud qlobal çağırışların olduğu bir şəraitdə BMT-yə həmişə olduğundan daha çox ehtiyac duyulur. Sülhməramlı fəaliyyətdən, insan hüquqlarının qorunmasından tutmuş firavanlıq, ədalət və davamlı inkişaf imkanlarının daha geniş olduğu bir dünya yaratmaq üçün müştərək maraq dairəsində gördüyümüz bir çox işlər olduqca böyük əhəmiyyət kəsb edir.
BMT-nin özünəməxsus mövqeyi imkan verir ki, təşkilat müvəffəqiyyət əldə etmək üçün lazım olan birgə səyləri səfərbər etsin. Üzv ölkələr və digər maraqlı tərəflərlə birgə çalışaraq, mən bu təşkilatı sülh vasitəçisi rolunu daha səmərəli şəkildə yerinə yetirə bilməsi üçün möhkəmləndirməkdə qərarlıyam.
Hazırda iqlim dəyişikliyi ilə mübarizədən tutmuş Minilliyin İnkişaf Məqsədlərini əldə etməyə yönəldilmiş səylərimizin artırılmasına qədər üzləşdiyimiz çağırışlar ziddiyyət deyil, əməkdaşlıq tələb edir. Bu missiya uğrunda çalışmağa davam etdikcə, Azərbaycanın BMT-dən öz kömək, öhdəlik və dəstəyini əsirgəməyəcəyini bilmək bizi ruhlandırır.
Zati-aliləri, xahiş edirəm, mənim ən xoş arzularımı qəbul edəsiniz.
Pan Gi Mun
Birləşmiş Millətlər Təşkilatının baş katibi