AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə Sizi Qazaxıstan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Sabit və qarşılıqlı surətdə faydalı Qazaxıstan-Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə səmərəli şəkildə inkişafını məmnuniyyətlə vurğulamaq istəyirəm. Əminəm ki, ölkələrimiz arasında yüksək siyasi qarşılıqlı anlaşma və ikitərəfli iqtisadi əməkdaşlıq bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dərinləşəcəkdir.
Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.
Ən xoş arzularla,
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [10:57]
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO
- 13.10.2026 [10:41]
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 12.10.2026 [16:46]