“AZƏRBAYCAN-RUMINİYA DOSTLUQ CƏMİYYƏTİ”NDƏ NEKULAİ ONTSANU İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
ARDC-nin sədri Mahir Qarayev ölkələrimiz arasında tarixi əlaqələrdən danışmış, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətlərimiz arasında hərtərəfli dostluq və əməkdaşlıq münasibətlərinin genişləndiyini bildirmiş, bu işdə görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatmışdır. O, Azərbaycan-Rumıniya Dostluq Cəmiyyətinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Nekulai Ontsanu dost ölkələrimizin qarşılıqlı münasibətlərindən bəhs etmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü ucaldılmış “Tei” parkında da görülmüş abadlıq işlərindən danışmış, Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu diqqətə çatdırmışdır.
Yazıçılar Birliyinin sədri Anar rumın xalqının görkəmli mədəniyyət xadimi, Bakıda büstü qoyulacaq Corce Enesku barədə görüş iştirakçılarına maraqlı məlumatlar vermişdir.
Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov Rumıniyanın Azərbaycandakı səfirinin müavini Viktor Oprea və digər rəsmi şəxslər iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]