AZƏRBAYCAN-RUMINİYA ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜÇÜN İMKANLAR ÇOX GENİŞDİR
- Hesab edirəm ki, bu, çox əhəmiyyətli səfərdir və Azərbaycan-Rumıniya münasibətlərinin inkişafında yeni mərhələ olacaqdır. Cənab Prezident İlham Əliyev iki dəfə Rumıniyada səfərdə olub və bu, ölkələrimizin əlaqələrinin inkişafına çox böyük təkan vermişdir.
2007–ci ilin yanvarından Rumıniya Avropa Birliyinin üzvü olacaqdır. Rumıniya Avropa ölkələri içərisində Şərqə, xüsusilə Azərbaycana ən yaxın ölkədir və bundan da səmərəli istifadə etmək vacibdir. Yəni biz istəyərdik ki, Azərbaycan Rumıniya üçün Şərqlə Avropa arasında bir qapı olsun. Eyni zamanda, Rumıniya həm Azərbaycan, həm bölgənin digər ölkələri üçün Avropaya açılan bir qapı olsun.
Biz Azərbaycan tərəfi ilə Qara dəniz vasitəsilə nəqliyyat sistemini inkişaf etdirmək istəyirik. Gürcüstanı da cəlb etmək istəyirik ki, Batumi və Poti limanları yükdaşımaları təmin edə biləcək səviyyəyə gəlsin. Biz Qara dəniz sahilindəki Konstansa limanımız vasitəsilə istənilən qədər yükü qəbul edə bilərik. Nəqliyyat Nazırliyində bugünkü görüşümüz zamanı qərara gəldik ki, Gürcüstanla əlaqələrin daha yaxşı olduğunu nəzərə alaraq, bu istiqamətdə danışıqları Azərbaycan tərəfi aparsın.
Komissiyanın bugünkü iclasında hər iki tərəf bildirdi ki, əlaqələrimizin inkişafı üçün imkanlar çox genişdir.