Azərbaycan sahibkarları Severomorskda keçirilən yarmarkada iştirak etmişlər
Bakı, 12 sentyabr (AZƏRTAC). Murmansk vilayətinin Severomorsk şəhərində “Payız məhsulları” 2-ci teatrlaşdırılmış yarmarka keçirilmişdir.
Şəhər meydanında builki meyvə-tərəvəz, bal və digər kənd təsərrüfatı məhsulları satışa çıxarılmışdı.
Qeyd edək ki, regionda tərəvəz satışı ilə əsasən, soydaşlarımız məşğul olurlar.
Severomorsk əhalisinin sayı 50.076 nəfərdir. Şəhər Rusiya Şimal Donanmasının hərbi dəniz bazasıdır.
Severomorsk administrasiyasının rəhbəri Vitali Voloşin jurnalistlərə bildirmişdir ki, “Payız məhsulları” yarmarkasında alıcılara Azərbaycandan gətirilmiş meyvə-tərəvəz, göyərti, nar şirəsi təqdim edilirdi. Yarmarka çərçivəsində konsert proqramları, maraqlı müsabiqələr və s. təşkil olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]