Azərbaycan Turizm İnstitutunun nümayəndələri Doğu Akdeniz Universitetində keçirilmiş turizm həftəsində iştirak etmişlər
Bakı, 28 aprel (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) əməkdaşları Azər Nəsirov və Flora Ələsgərova Şimali Kiprin Doğu Akdeniz Universitetində (DAU) keçirilmiş turizm həftəsində iştirak etmişlər.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyəti DAU-nun elektron-kitabxana, bronlaşdırma laboratoriyaları, tələbələrin praktiki dərsləri üçün təşkil olunmuş otel, mətbəx və restoranı ilə yaxından tanış olmuşlar. Onlar azərbaycanlı tələbələrin ölkəmizin mədəniyyəti, turizm mərkəzləri, həmçinin Qarabağla bağlı təqdimatlarını alqışlamışlar.
DAU-nun turizm və otelçilik fakültəsinin dekanı, professor Mehmet Altınay qonaqları salamlamış, universitetin fərqlənən tələbələrinə diplomlar təqdim etmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti bu ali təhsil ocağının rektoru, professor Abdullah Öztoprak və digər rəsmi şəxslərlə görüşmüş, elm və təhsil sahəsində fikir mübadiləsi aparmışlar. Həmçinin gələcəkdə ikitərəfli tələbə mübadiləsi və müəllimlər üçün seminarların təşkili məsələləri də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]