Azərbaycan Turizm İnstitutunun tələbələri təcrübə keçmək üçün İsrailə yola düşmüşlər
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun (ATİ) 16 tələbəsi İsraildəki “İsrotel” mehmanxanalar şəbəkəsində 5 aylıq təcrübə keçmək üçün bu ölkəyə yola düşmüşdür.
İsrailin Azərbaycandakı səfirliyinin media departamentindən AZƏRTAC-a bildirmişlər ki, bu proqram səfirliK tərəfindən ATİ-nin Eilat şəhərində yerləşən “İsrotel” mehmanxanalar şəbəkəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Artıq üç ildir ki, səfirliyin uğurla həyata keçirdiyi layihənin məqsədi ATİ-nin tələbələrinə beynəlxalq mehmanxana biznesi üzrə təcrübə toplamağa imkan yaratmaqdır. Bu təcrübə tələbələrin gələcək karyerasına böyük töhfə verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]