Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkmənistan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa ŞƏRH

Azərbaycan-Türkmənistan münasibətləri: dostluqdan strateji tərəfdaşlığa  ŞƏRH

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin Avaza şəhərində səsləndirdiyi “Türkmənistan əmin əllərdədir” fikri isə sadəcə diplomatik kompliment deyil, ölkənin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə verilən real və səmimi qiymətdir.

Avaza şəhərinə ikinci dəfə səfər etdiyini söyləyən dövlətimizin başçısı bildirdi ki, burada gedən inkişaf, aparılan quruculuq işləri Türkmənistanın etibarlı əllərdə olduğunu aydın şəkildə göstərir. O, xüsusilə vurğuladı ki, Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində təkcə Avaza deyil, bütün digər şəhər və kəndlər sürətlə inkişaf edir, abadlaşır, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur layihələri gerçəkləşdirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. “Səfər çərçivəsində imzalanan mühüm sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə razılaşma xüsusi rəmzi məna daşıyır. Bu sənəd iki xalqı birləşdirən qədim dostluğun və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Əsrlər boyu bir ailə kimi yaşayan Azərbaycan və Türkmənistan xalqları bu gün də müstəqil dövlətlər olaraq ortaq ənənələrə sadiqdir və yeni üfüqlərə doğru birlikdə addımlayır.

Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, iki ölkə arasındakı münasibətlər təkcə siyasi və iqtisadi tərəfdaşlıqla məhdudlaşmır. Bu, dostluq, gələcək əməkdaşlıq modelidir”, - deyə deputat əlavə edib.

Müsahibimiz bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri regionda qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinin daha bir parlaq nümunəsinə çevrildi. Prezidentin söylədiyi kimi, Azərbaycan və Türkmənistanın mövqeləri tam üst-üstə düşür, hər iki tərəf gələcək əməkdaşlığa hazırdır və regionun inkişafı üçün ortaq addımlar atmağa sadiqdir. Bu səfər həm iki ölkənin qarşılıqlı münasibətlərinə yeni nəfəs gətirdi, həm də çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirmək üçün zəruri mühit yaratdı.

Dövlətimizin başçısı qeyd etdi ki, onun dəvəti ilə Qurbanqulu Məlikquliyeviç iyul ayında Azərbaycanda səfərdə olub. Bu səfər zamanı tərəflər iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bir sıra mühüm görüşlər keçiriblər. Həmin görüşlər zamanı iqtisadi, siyasi və mədəni sahələrdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub. Prezidentin vurğuladığı əsas məqam odur ki, iki qardaş ölkə bundan sonra da çiyin-çiyinə irəliləyəcək, bütün məsələləri dostluq və qardaşlıq şəraitində həll edəcək. İkitərəfli əməkdaşlıq digər imkanları da genişləndirəcək.

Deputat diqqətə çatdırıb ki, səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan ilə Türkmənistan arasında etimadın daha da möhkəmlənməsinə xidmət edir. İki ölkə yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mənəvi və mədəni sahədə ortaq dəyərlərə sahibdir. Prezidentin çıxışında vurğulandığı kimi, əsrlər boyu bir-birinə yaxın yaşayan Azərbaycan və Türkmənistan xalqları bu gün də qardaş kimi bir-birinə bağlıdır.

Azərbaycan Prezidentinin səfəri həm də region üçün mühüm mesaj daşıyır. Azərbaycan və Türkmənistan strateji tərəfdaş və qardaş ölkələr kimi, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında, bütün məsələləri sülh yolu ilə həll etməyə sadiqdir. Bu, regionda sabitliyin və inkişafın təmin olunması üçün vacib bir göstəricidir. Həmçinin bu səfər çoxtərəfli əməkdaşlıq formatlarının genişlənməsi üçün əhəmiyyətlidir. Azərbaycan və Türkmənistanın digər qonşu ölkələrlə ortaq layihələr həyata keçirməsi, enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlığın inkişafı gələcəkdə regionun strateji mövqeyini daha da gücləndirəcək.

Dövlətimizin başçısı çıxışında, həmçinin vurğuladı ki, bu görüşlər çərçivəsində iki ölkənin iqtisadiyyat, ticarət, investisiya və infrastruktur sahələrində əməkdaşlıq imkanları genişləndiriləcək. Bu əməkdaşlıq regionda həm iqtisadi inkişaf, həm də iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə enerji və nəqliyyat sektorlarında həyata keçiriləcək ortaq layihələr iki ölkə arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək.

“Prezidentin səfəri həm də mədəni və humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə yönəlib. İki ölkə arasında təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlıq imkanları artırılır, gənclər və tələbələr üçün mübadilə proqramları genişləndirilir. Bu da xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Səfər zamanı imzalanan sənədlər və razılaşmalar Azərbaycan və Türkmənistanın gələcəkdə birgə layihələr həyata keçirməsi üçün zəmin hazırlayır. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin səfəri Türkmənistanla əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, regionun inkişafında və xalqlar arasında dostluğun möhkəmlənməsində mühüm rol oynayır. Bu səfər, eyni zamanda, iki ölkə arasında ortaq maraqlar və ortaq layihələrin həyata keçirilməsinin göstəricisi kimi diqqətəlayiqdir. Azərbaycan və Türkmənistan bundan sonra da çiyin-çiyinə addımlayacaq, bütün məsələləri dostluq, qardaşlıq və strateji əməkdaşlıq prinsipləri əsasında həll edəcək”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub