Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkmənistan-Özbəkistan tərəfdaşlığı yeni mərhələyə yüksəlib ŞƏRH

Azərbaycan-Türkmənistan-Özbəkistan tərəfdaşlığı yeni mərhələyə yüksəlib  ŞƏRH

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı prioritet istiqamətlərdəndir. Tarixi Zəfərimizdən sonra bu münasibətlərdə yeni mərhələnin əsası qoyuldu. Qarşılıqlı səfərlərin dinamikliyi əsasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına geniş imkanlar yaranır. Yeni əməkdaşlıq formatları yaradılır. Türk dünyasının birliyi istiqamətində Azərbaycanın atdığı addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev Türk dünyasını böyük bir ailə kimi dəyərləndirir.

Təbii ki, bu ailənin möhkəmliyi hər bir üzvün fəaliyyətindən, fədakarlığından asılıdır. Prezident İlham Əliyev daim bu çağırışı da edir ki, biz bir-birimizin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməliyik. Siyasi, iqtisadi, ticarət, mədəniyyət, nəqliyyat, enerji, kənd təsərrüfatı və turizm, o cümlədən rəqəmsal transformasiya ilə yanaşı, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı intensivləşdirməliyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın son vaxtlar əlaqələrinin sürətlə inkişaf etdiyi Mərkəzi Asiya ölkələrindən biri Türkmənistandır: “Bu ölkə ilə əməkdaşlığın genişlənməsi, heç şübhəsiz, Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirir. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də bu ölkədə işgüzar səfərdə oldu. Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin sədri ilə təkbətək və geniş tərkibdə görüşlərində bir daha qeyd edildi ki, ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Prezident İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, tez-tez görüşməyimiz bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır. Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi, liderlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu. Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin mətbuata birgə bəyanatında yüksəksəviyyəli görüşün mahiyyəti, qarşıdakı dövr üçün perspektivi açıqlandı”.

Malik Həsənov vurğulayıb ki, yüksəksəviyyəli görüşdə üç ölkənin əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün böyük potensialın olduğu önə çəkildi və hazırkı dövrün əsas çağırışı olaraq yeni körpülərin qurulmasının vacibliyi əsaslı şəkildə diqqətə çatdırıldı: “Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Səfər çərçivəsində keçirilən görüşlərdə Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri müzakirə olundu. Azərbaycan, Türkmənistan və Özbəkistanın nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyacaq. Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” da imzalandı”.

Deputat “Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”a diqqəti çəkərək bildirib ki, bu gün beynəlxalq aləm hər addımda Türk dünyasının birliyinin şahidinə çevrilir: “Arxadağla Füzuli şəhərlərinin qardaşlaşmasını əslində qardaşlığımızın rəmzi kimi dəyərləndirən Prezident İlham Əliyev bildirdi ki, türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Onu da qeyd edək ki, Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürülüb. Həmin təklifdən cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaq. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, qardaşlığımızın təcəssümüdür. Bu sırada Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Xankəndi şəhərində yaradılan tikiş fabrikini, həmçinin Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin tikilib istifadəyə verilməsini qeyd etməliyik. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Bütün bunlar bir daha təsdiqləyir ki, bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bizim üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir. Bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür”.

Malik Həsənov vurğulayıb ki, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq dəyərlərə əsaslanan əlaqələrimiz Azərbaycan-Türkmənistan-Özbəkistan münasibətlərinin yeni üfüqlərini müəyyənləşdirir və əməkdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR