Azərbaycan Universiteti elmi konfransı təxirə saldı
Bakı, 10 mart, AZƏRTAC
Koronavirus (COVİD - 19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə martın 2-də və 7-di verdiyi sərəncamlara uyğun olaraq martın 13-də Azərbaycan Universitetində keçirilməsi nəzərdə tutulan “Gənc tədqiqatçıların III respublika elmi-praktik konfransı”nın açılış mərasimi və bölmə iclasları təxirə salınır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iştirakçılar konfrans materiallarının çap olunduğu toplunu mart ayının 13-dən sonra Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edərək əldə edə bilərlər.
AZƏRTAC -0-
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]