Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi LEN-nin konfransında iştirak edir
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibi Fərid Bənənyarlı Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) fövqəladə iclasında iştirak edir.
AÜF-ün mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda LEN-nin yeni seçilmiş prezidenti Antonio Silvanın 100 günlük fəaliyyətinin hesabatı dinləniləcək. Bundan başqa, iclasda LEN-in gələcəkdə görüləcək işlər, digər yeniliklər və keçirilməsi nəzərdə tutulan yarışların təşkili məsələləri də müzakirə olunacaq.