Azərbaycan üzgüçüsü: Paris Olimpiadasında təşkilatçılıqla bağlı bəzi çətinliklər var
Paris, 3 avqust, Elnur Salahov, AZƏRTAC
Yarış mənim üçün yaxşı keçdi. Sadəcə, bu məsafəyə yarışda idmançı sayı çox olduğu üçün rəqabət də böyükdür. Buna baxmayaraq, nəticəmi yaxşı hesab edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah “Paris-2024” Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.
Əlli metr məsafəyə sərbəst üsulla üzmə yarışını 35-ci pillədə başa vuran idmançı gələcəkdə daha uğurlu nəticələr qazanmağa çalışacağını bildirib: “Hər yarış bir təcrübədir. Daha ciddi məşq edib qarşıdakı turnirlərdə nəticəmi yaxşılaşdırmaq istəyirəm”.
Tokio və Paris olimpiadalarını müqayisə edən üzgüçü 2021-ci ildəki yarışın daha yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Burada müəyyən çətinliklər var. İstər qaldığımız yerdən məşq zalına qədər olan məsafə, istər yemək baxımından Tokio Olimpiadası daha üstün idi. Buna baxmayaraq, yaxşı nəticə göstərdim”.
Qeyd edək ki, Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəni 26,76 saniyəyə qət edərək öz qrupunda 3-cü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]