Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığında yeni dövr RƏY

Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığında yeni dövr RƏY

Bakı, 27 iyul, AZƏRTAC

Son illərdə Avropanın enerji siyasətində baş verən dəyişikliklər Almaniyanı yeni və etibarlı tərəfdaşlar axtarmağa vadar edib. Belə bir vaxtda Berlin üçün Azərbaycan artıq alternativ deyil, enerji təhlükəsizliyi strategiyasının mühüm elementlərindən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, Almaniya Kansleri Fridrix Merts Azərbaycanı Avropanın enerji təminatında vacib tərəfdaş kimi qiymətləndirərək qaz tədarükünün artırılmasının mümkünlüyünü açıq şəkildə gündəmə gətirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İsveçrədə yerləşən “Caspian-Alpine Society” təşkilatında enerji sahəsi üzrə müstəqil ekspert kimi fəaliyyət göstərən Aytac Məhəmmədova deyib.

O qeyd edib ki, Azərbaycan bu prosesdə yalnız ixracatçı kimi çıxış etmir. Son illərdə həyata keçirilən enerji diplomatiyası ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu əhəmiyyətli dərəcədə gücləndirib.

Bu ilin yanvarından Almaniya və Avstriyaya qaz ixracının başlanması ilə Azərbaycan qazını alan Avropa ölkələrinin sayının 16-ya çatdığını xatırladan ekspert deyib: “Bu göstərici Azərbaycanın Avropa bazarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir. İyulun 21-də imzalanan Birgə Bəyannamənin əsas əhəmiyyəti ondan ibarətdir ki, münasibətlər "alıcı–satıcı" modelindən çıxaraq strateji tərəfdaşlıq müstəvisinə keçir. Əgər indiyədək əməkdaşlığın əsasını qaz ticarəti təşkil edirdisə, bundan sonra enerji səmərəliliyi, bərpaolunan enerji, yaşıl hidrogen, texnologiya transferi və investisiyalar da əməkdaşlığın əsas istiqamətlərinə çevriləcək. Bu yanaşma Almaniyanın uzunmüddətli enerji siyasəti ilə də üst-üstə düşür. Berlin bir tərəfdən yaxın illərdə təbii qaza ehtiyac duyur, digər tərəfdən isə karbon neytrallığı hədəflərinə uyğun olaraq bərpaolunan enerji və hidrogen iqtisadiyyatını inkişaf etdirir. Azərbaycanın zəngin enerji resursları ilə yanaşı, yaşıl enerji potensialı da Almaniyanın maraq dairəsinə daxil olur. Bu isə münasibətlərin gələcəkdə daha çox texnologiya və investisiyaəsaslı xarakter alacağını göstərir”.

Ekspertin sözlərinə görə, enerji əməkdaşlığı artıq nəqliyyat və logistika məsələlərindən ayrı qiymətləndirilmir. Almaniyanın Cənubi Qafqaza artan marağı yalnız enerji ilə bağlı deyil. Orta Dəhlizin inkişafı, Avropa ilə Mərkəzi Asiya arasında alternativ ticarət marşrutlarının formalaşması Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır. Bu baxımdan, enerji və nəqliyyat təhlükəsizliyi artıq vahid strateji gündəmin tərkib hissəsinə çevrilir. Eyni zamanda, bu tərəfdaşlıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində də yeni tendensiyaların meydana çıxdığını göstərir. Əgər əvvəllər Azərbaycan əsasən enerji ixracatçısı kimi qəbul edilirdisə, indi ölkə Avropa ilə Mərkəzi Asiyanı birləşdirən enerji və logistika platforması kimi qiymətləndirilir. Bu, Bakının regional geosiyasi çəkisini artıran amillərdən biridir.

“Yaxın perspektivdə Azərbaycan-Almaniya əməkdaşlığı üç əsas istiqamətdə inkişaf edəcək. Birincisi, Almaniyaya qaz ixracının mərhələli şəkildə artırılması davam edəcək. İkincisi, bərpaolunan enerji və yaşıl hidrogen sahəsində birgə layihələrin həyata keçirilməsi gündəmə gələcək. Üçüncüsü isə Almaniya şirkətlərinin Azərbaycanın enerji, sənaye və infrastruktur layihələrində iştirakının genişlənməsi müşahidə olunacaq. Nəticə etibarilə, iyulun 21-də imzalanmış Birgə Bəyannamə Azərbaycan və Almaniya arasında uzunmüddətli strateji tərəfdaşlığın siyasi çərçivəsini müəyyənləşdirən və iki ölkənin münasibətlərini yeni geoiqtisadi və geosiyasi müstəviyə daşıyan mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər”,- deyə A.Məhəmmədova qeyd edib.

Müxbir - Günel Türksoy

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb