Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Çin münasibətlərində yeni mərhələ başlayır - ŞƏRH

Azərbaycan və Çin münasibətlərində yeni mərhələ başlayır -  ŞƏRH

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan ilə Çin arasında əməkdaşlıq yalnız iki ölkə üçün deyil, bütün Avrasiya üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Çin arasında strateji yaxınlaşma bu gün demək olar ki, bütün əsas sahələri - siyasi dialoqdan nəqliyyat logistikasına, mədəni mübadilədən beynəlxalq təhlükəsizliyə qədər əhatə edir. Liderlər səviyyəsində etimad, iqtisadi göstəricilərin sabit artımı, qlobal arenada qarşılıqlı dəstək, suverenlik və hörmət prinsiplərinə qarşılıqlı sadiqlik bu tərəfdaşlığı Azərbaycanın xarici siyasətinin dinamik inkişaf edən istiqamətlərindən birinə çevirir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin komitə sədri professor Hicran Hüseynova söyləyib.

Deputat qeyd edib ki, son illər ərzində Azərbaycan ilə Çin arasında əlaqələr daha da möhkəmlənir və hazırda strateji tərəfdaşlıq mərhələsinə çatıb. Bu prosesləri iki ölkənin liderləri arasında şəxsi təmaslar daha da gücləndirir. Prezident İlham Əliyev və Sədr Si Cinpinin keçirdikləri görüşlərin uğurlu nəticələri əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Prezident İlham Əliyevin bu il aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə də qeyd etdiyi kimi: “Astanada ÇXR-in Sədri ilə görüşüm əsnasında əldə olunan daha bir razılaşmaya diqqətinizi yönəltmək istəyirəm. Söhbət ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən gedir”.

Şanxay Əməkdaşlıq Təşkilatının 2024-cü ilin iyulunda keçirilmiş sammiti çərçivəsində münasibətlərin keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə keçidini səmərəli şəkildə qeyd edən sənəd imzalandı. Bu, qarşılıqlı etimadın, sübut olunmuş birgə işin və iki dövlətin strateji maraqlarının üst-üstə düşməsinin təzahürüdür. Tarixə nəzər salsaq, ikitərəfli əməkdaşlığa ilk təkan 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri ilə verilib. Sonrakı illərdə tamhüquqlu əməkdaşlıq arxitekturası üçün təməllər qoyuldu. Prezident İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdəki səfərləri bu tendensiyanı daha da gücləndirdi və onların hər biri - əvvəlkindən daha geniş və əhatəli gündəliyə malik olmaqla - Azərbaycanın təkcə Çinlə tərəfdaşlıqda maraqlı olmadığını, həm də uzunmüddətli işləməyə hazır olduğunu nümayiş etdirdi. Burada qeyd etmək lazımdır ki, Azərbaycan dövləti başçısının Pekinə növbəti səfəri də bu xəttin simvolik davamıdır. Bu səfər qarşılıqlı hörmətin təsdiqi olmaqla yanaşı, həm də yeni təşəbbüslər - ticarət, turizm, təhsil, təhlükəsizlik sahələrində platforma olacaq. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, o, bütün sahələrdə əməkdaşlığı gücləndirməyi gözləyir və çinli tərəfdaşlar da eyni dialoqa hazırdırlar.

Bakı ilə Pekin arasında əməkdaşlığın iqtisadi ölçüsü artıq təsiredicidir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. Çin, həmçinin idxal üzrə lider mövqeyindədir və bu göstərici 17,69 faizə çatıb. Bu, təkcə statistika, yaxud iki ölkənin iqtisadi maraqlarının kağız üzərində deyil, real logistika, biznes layihələri və birgə investisiyalarda kəsişdiyinin sübutudur. Azərbaycan lap əvvəldən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib və bunu deklarativ şəkildə deyil, konkret tədbirlərlə həyata keçirib. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib ki, transsərhəd nəqliyyat dəhlizi (“Orta Dəhliz”) Pekinin “Bir kəmər və yol” təşəbbüsü üçün yeni iqtisadi imkanlar yaradacaq, çünki o, bərpaolunan enerji və yüksək texnologiyalı sənaye sahələrində əməkdaşlığı genişləndirməyə çalışır. Orta Dəhliz - Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Avropaya, daha sonra Türkiyə və Aİ-yə gedən nəqliyyat marşrutunun əhəmiyyətini artırır. Müvafiq olaraq, Azərbaycan əsas tranzit qovşağına çevrilir. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Prezident İlham Əliyev müsahibə zamanı bu məsələni xüsusi olaraq vurğuladı: “Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır”.

Azərbaycan və Çin bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində də birgə səy göstərir, təşəbbüslə çıxış edir. Bu gün hər birimiz dünyamızın gələcəyi ilə bağlı narahatlıq keçiririk. Bir tərəfdən sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda mübarizə gedir, digər tərəfdən isə hegemoniya, güc siyasəti, ikili standartlar, ölkələrə münasibətdə selektiv yanaşma müşahidə edirik. Ölkəmizin başçısı müsahibədə diqqəti bu məsələyə çəkərək bildirdi ki, “Ötən il Astanada biz ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik... Tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu. Mən artıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub... Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.

Turizm və humanitar sahə də diqqətdən kənarda qalmayıb. Çin vətəndaşları üçün vizasız rejim, Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyinin açılması, 2026-cı ilin Çində “Azərbaycan Turizm İli” elan edilməsi planlaşdırılıb – bütün bunlar tərəflərin şəxsiyyətlərarası əlaqələrin möhkəmləndirilməsində maraqlı olmasından xəbər verir. Axı əsl diplomatiya təkcə ofislərdə deyil, həm də mədəniyyətlər arasında, insanlar arasında qurulur. Mədəniyyət və təhsil iki ölkə arasında daha bir güclü körpüdür. Heydər Əliyev Fondunun səyləri sayəsində iki ölkə arasında humanitar əməkdaşlıq nəinki davam edir, hətta genişlənir - sərgilərdən tutmuş təhsil və səhiyyə sahələrində birgə təşəbbüslərə qədər. Bakı Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır və artıq ŞƏT çərçivəsində statusunu yüksəltmək niyyətində olduğunu bəyan edib. Bu prosesdə Çinin dəstəyi əvəzsizdir və Azərbaycan bunu yüksək qiymətləndirir. Üstəlik, hər iki ölkə razılaşır ki, dünyada təhlükəsizlik və sabitlik mücərrədlik deyil, inkişaf etməkdə olan ölkələrin öz sözünü və məsuliyyət payını bildirməli olduğu konkret gündəmdir. Beləliklə, Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlər gələcək onilliklər üçün yaxşı düşünülmüş, sistemli və strateji strukturlaşdırılmış bir işdir. Bu, hörmətə, qarşılıqlı maraqlara və gələcəyə ümumi baxışa əsaslanan tərəfdaşlıqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib