Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Rusiya ekspertləri erməni tərəfinin qeyri-konstruktiv ritorikasının nəticələrindən danışıblar

Azərbaycan və Rusiya ekspertləri erməni tərəfinin qeyri-konstruktiv ritorikasının nəticələrindən danışıblar

Bakı, 24 iyul, N.Məmmədova, AZƏRTAC

Ermənistanın ifadə etdiyi sözlər konkret əməllərə keçərsə, erməni tərəfi həqiqətən də müharibəyə hazırlaşarsa və sərhəddə, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonada yeni hərbi təxribatlar törədərsə, o zaman münaqişə vəziyyətinin yaranacağını istisna etmək olmaz. Biz bunu istəmirik, lakin buna hazırıq.

Bu barədə AZƏRTAC-a Bakıdan səslənən bəyanatlara zidd olaraq, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi təxribat xarakterli bəyanatı şərh edən politoloq İlqar Vəlizadə söyləyib. Xatırladaq ki, erməni lider Fransanın AFP agentliyinə bu günlərdə verdiyi müsahibədə yeni müharibə ehtimalı haqqında danışıb. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Şuşa Qlobal Media Forumunda Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından əl çəkəcəyi təqdirdə cari ilin sonunadək sülh sazişinin imzalanacağı ehtimalından bəhs edib.

Agentliyin həmsöhbəti qeyd edib: “Bakı bizim regionda baş verən real prosesləri əsas götürür və çalışır ki, diqqəti keçmişdən miras qalmış məsələlərin həllində cəmləşdirsin. Bu səbəbdən konstruktiv mövqedən çıxış edən Azərbaycan tərəfi Ermənistana münasibətlərin normallaşması üzrə səyləri davam etdirməyi təklif edir. Danışıqlar prosesinin vasitəçiləri tərəfindən də Bakının hərəkətlərinə diqqətlə yanaşılmalıdır. Onlar da regional şəraitin normallaşdırılmasında maraqlıdır. Ermənistan isə populizmlə məşğul olur. Təəssüf ki, erməni siyasi rəhbərliyi özünü küçədə olduğu kimi aparır, hər cür ziddiyyətli, çox vaxt təhrikedici bəyanatlarla çıxış edir ki, bu da regionda vəziyyətin gərginləşməsinə səbəb olur və aşkar şəkildə irəliləyən danışıqlar prosesinin dinamikasını əngəlləyir”.

Onun sözlərinə görə, Azərbaycan tərəfi yeni münaqişədə maraqlı deyil və gündəlikdə duran mürəkkəb məsələlərin həlli istiqamətində bütün zəruri siyasi-diplomatik səyləri göstərir.

Ekspert sonda qeyd edib: “Məsələlərin mahiyyətinə vardıqda, açıq-aşkar görmək olar ki, Azərbaycan şübhəsiz ki, həll olunmamış problemləri hərbi-siyasi yollarla öz xeyrinə həll etmək üçün bütün imkanlara malikdir. Lakin mümkün olan humanitar nəticələri, ondan başqa, həm Ermənistanla, həm də Azərbaycanın Qarabağ iqtisadi regionunun erməni sakinləri ilə konstruktiv dialoqu nəzərə aldıqda, bu yaxınlarda Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Bakı bütün mümkün dialoq mexanizmlərindən və vəziyyətin nizamlanması üçün platformalardan istifadə olunmasında israrlıdır. Azərbaycanın və Ermənistanın mövqelərində olan belə ziddiyyətlər həll olunmamış məsələlərin həllinə kömək etmir. Ermənistanın ifadə etdiyi sözlər konkret əməllərə keçərsə, erməni tərəfi həqiqətən də müharibəyə hazırlaşarsa və sərhəddə, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonada yeni hərbi təxribatlar törədərsə, o zaman münaqişə vəziyyətinin yaranacağını istisna etmək olmaz. Biz bunu istəmirik, lakin buna hazırıq. Çünki Azərbaycan Ordusu kifayət qədər güclüdür. Yenə də dövlət başçısının sözlərinə istinad edərək söyləmək olar ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin real potensialı və gücü yalnız artıb. Əgər erməni tərəfi yaranmış real vəziyyətdən nəticə çıxarmasa, söz oyununu davam etdirsə və Azərbaycan Ordusunun gücünü sınamağa cəhd etsə, onda adekvat cavab olacaq və bu halda bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək”.

“Bakı həmişə düşünülmüş diplomatik və gözləmə mövqeyi tutur”. Bu fikirləri isə rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov söyləyib.

Politoloq qeyd edib: “Zənnimcə, hazırda baş verənlər teatr səhnəsini xatırladır: böyük olan kiçik kəmağılın düzgün qərar qəbul edəcəyini gözləyir. Əgər səhvə yol verərsə, onun özü təqsirkardır. Son üç ildə baş verənlər məhz bundan ibarətdir. İrəvana şans verilib ki, nəhayət, öz xalqının və dövlətinin daha optimal inkişaf yolunu seçə bilsin. Paşinyan son yarım il ərzində beynəlxalq danışıqlar platformalarında düzgün tezislər səsləndirməyə başladı. Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi, lakin digər platformalarda öz fikirlərinin ziddinə getdi. Bu məqamda V.İ.Leninin kitabının adını xatırlayırsan: “Bir addım irəli, iki addım geri”. İrəvanın siyasəti də məhz bu “rəqsə” bənzəyir, onun davam etdiriləcəyi təqdirdə yeni və sürətlə başa çatacaq münaqişə baş verə bilər. Axı, heç kimə sirr deyil ki, Bakı dövlətlər arasında hələ də qalmış problemləri hərbi-diplomatik zərbə ilə sürətlə həll etmək qabiliyyətinə malikdir”.

Bu ilin sonunadək sülh sazişinin imzalanması ehtimalına gəldikdə, Y.Mixaylov buna əks təsir edəcək amilləri qeyd edib. O vurğulayıb: “Mən bunu çox istəyirəm, ancaq bir çox şübhəli amillər var ki, onlar sülh sazişinin əleyhinə işləyir. Başlıcası isə yüksək siyasi gərginlik və Ermənistan rəhbərliyində müstəqilliyin olmamasıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər