Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Anım mərasimlərinin iştirakçıları Ümummilli Liderin xalqı və Vətəni qarşısında xidmətlərini minnətdarlıq hissləri ilə xatırlayıblar

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarı önündən keçir, onun ruhu qarşısında baş əyirdilər. Fəxri xiyabanda yaşanan izdiham, eləcə də bütün bölgələrdə keçirilən anım mərasimləri xalqın öz böyük oğluna tükənməz məhəbbətini təcəssüm etdirirdi.

Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimizin təşəkkülü bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderinin misilsiz xidmətlərini hər zaman minnətdarlıq hissləri ilə xatırlayır.

Bu fikirlər anım mərasimlərində iştirak edən insanların AZƏRTAC-ın müxbirlərinə müsahibələrində dönə-dönə vurğulanıb. Onlar müasir tariximizdə silinməz iz qoymuş bu dahi şəxsiyyət haqqında ürək sözlərini dilə gətirib, xatirələrini bölüşüb, Ümummilli Liderin parlaq xatirəsinin yaddaşlarda daim yaşayacağına əminliklərini bildiriblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Anar Əliyev: “Ümummilli lider Heydər Əliyev Azərbaycana sabitlik, əmin-amanlıq, firavanlıq bəxş edib. Bu gün Azərbaycanda müxtəlif millətlərə, dinlərə mənsub insanlar dinc yanaşı, sülh şəraitində yaşayırlar. Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlıq hər zaman diqqət mərkəzində olub. Bütün dini konfessiyalara eyni münasibət göstərilməsi, müxtəlif dinlərə və xalqlara fərq qoyulmaması bu siyasətin göstəricisidir. Azərbaycanda tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldıran Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı sahəsində xidmətləri böyükdür. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın tolerantlıq modeli dünya miqyasında yüksək qiymətləndirilir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət köklü şəkildə dəyişib. Bu zəngin irsin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar bərpa olunur, yeniləri tikilir. Bizim borcumuz bu tolerantlığın qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfələr verməkdir”.

Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Lətifə Əliyeva: “Heydər Əliyev hər bir azərbaycanlının lideri olub. Onun xidmətləri, xalqı, vətəni üçün etdikləri heç vaxt unudulmayacaq. Ulu Öndərimiz digər sahələr kimi, incəsənətə, mədəniyyətə də xüsusi diqqət yetirirdi. O, mədəniyyət xadimlərini həmişə yüksək dəyərləndirir, onların qayğısına qalırdı. Heydər Əliyev mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılmasında əvəzsiz xidmətlər göstərib. Mədəniyyət və incəsənətimizin bugünkü yüksək səviyyəsinə görə biz bu müdrik insana borcluyuq. Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev də bizdən qayğısını əsirgəmir. Dahi liderə qəlbimdə tükənməyən sevgi var. Allahdan Ulu Öndərə rəhmət diləyir, dövlətimizin başçısına da fəaliyyətində uğurlar arzulayıram”.

Gənc həkim Ləman Süleymanova: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə səhiyyəmizin inkişafı, xüsusən maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb. Yeni tibb müəssisələri tikilib, yaxud əsaslı surətdə yenidən qurulub, bir çox səhiyyə ocaqları müasir avadanlıq və cihazlarla təchiz edilib. Ulu Öndər insanların sağlamlığına, səhiyyənin və tibb elminin inkişafına, savadlı, peşəkar həkim kadrlarının hazırlanmasına xüsusi diqqət yetirirdi. Odur ki, hər birimiz ölkəmizin hərtərəfli inkişafına görə ümummilli lider Heydər Əliyevə borcluyuq. Gənclərə daim diqqət göstərən, onların qayğısına qalan, problemlərinin həllinə çalışan Ümummilli Lider gəncliyə böyük ümidlər bəsləyirdi. Dönə-dönə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. O, respublikaya rəhbərliyinin bütün dövrlərində sağlam, bu dövlətə sahib çıxa biləcək gənc nəslin yetişdirilməsini ən mühüm vəzifələrdən biri hesab edirdi. Biz gənclər bütün qüvvəmizlə ümummilli lider Heydər Əliyevin ümidlərini doğrultmağa çalışır, bunu özümüzə borc bilirik”.

Respublika Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov: “Ulu Öndərin iqtisadiyyatın güclənməsində, ordu quruculuğunda və ölkəmizin dünyada tanınmasında müstəsna xidmətləri olub. Onun məqsədyönlü siyasəti nəticəsində peşəkar hərbi kadrlar yetişib, veteranlar hərtərəfli qayğı ilə əhatə edilib. Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Ulu Öndər veteranların problemlərini daim diqqət mərkəzində saxlayıb və onların həlli üçün tədbirlər görüb. Odur ki, görkəmli siyasətçi Heydər Əliyevin xatirəsini bütün xalqımız kimi, veteranlar da daim əziz tutur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dahi şəxsiyyətin müasir Azərbaycan Ordusunun strukturunun, ixtisaslaşdırılmış ali hərbi məktəblərin yaradılması sahəsində gördüyü böyük işləri xatırlatmaq istərdim. Vaxtilə Heydər Əliyevin ali hərbi məktəblərə göndərdiyi gənclər müstəqilliyin bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında mühüm rol oynayıblar. Hazırda Silahlı Qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilib. İkinci Dünya müharibəsi veteranları ulu öndər Heydər Əliyevin bu misilsiz xidmətlərini unutmurlar və unutmayacaqlar”.

Qarabağ müharibəsi əlili Xəyyam Kərimov: “Ulu Öndərin siyasətində əlillərə, veteranlara, şəhid ailələrinə qayğı xüsusi yer tuturdu. Görkəmli dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifahının yaxşılaşdırılması məqsədilə tədbirlər görür. Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür. Mən də digər həmvətənlərim kimi, Ulu Öndərin məzarını ziyarət etməyi özümə borc bilirəm. Əlillər, fiziki məhdudiyyətli insanlar onun qayğı və diqqətini hər zaman hiss edirdi. Dahi liderin vəfatı bizi çox kədərləndirdi. Lakin o, öz xidmətləri ilə xalqın yaddaşında ölməzliyə qovuşdu. Azərbaycan xalqı öz Ümummilli Liderinin xatirəsini hər zaman qəlbində yaşadacaq”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Samir Baxşəliyev: “Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev dövlətçilik fəaliyyətində təhsilə xüsusi diqqət göstərir, təhsilə millətin gələcəyi kimi baxırdı. Ulu Öndər təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərəfli inkişafında həlledici rol oynadığını, müəllim əməyinin yüksək dəyərini dönə-dönə vurğulayır, savadlı gənc nəsil yetişdirilməsi istiqamətində davamlı və sistemli tədbirlər həyata keçirirdi. Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsilə, təlim-tərbiyəyə strateji sahə kimi yanaşırdı. Müəllimlik peşəsinə yüksək qiymət verən Heydər Əliyev deyirdi ki, özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Ulu Öndər müstəqillik illərinin əvvəllərindən yeni təhsil sisteminə keçidi ən mühüm vəzifə kimi qarşıya qoymuşdu. Həmin dövrdə təhsil sistemində gedən proseslərə nəzər salanda görürük ki, yeni məktəb binalarının inşası, maddi-texniki bazanın möhkəmləndirilməsi, tədrisin dünya təhsil sisteminə inteqrasiyası Heydər Əliyevin diqqət mərkəzində idi. Ulu Öndərin təhsil sistemində apardığı köklü islahatlar tədrisi yeni mərhələyə yüksəltdi. Bu gün ulu öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Neft gəlirlərinin insan kapitalına yönəldilməsi sosial-iqtisadi islahatların davamlılığına və tarazlı inkişafa xidmət edir”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral: “Heydər Əliyev türk dünyasının ən böyük liderlərindən biridir. Ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycan qısa zamanda böyük yol keçib, çox mühüm mövqeyə gəlib çatıb. Dahi şəxsiyyət Heydər Əliyevin sayəsində Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, öz mövqeyi olan bir ölkəyə çevrilib. Ümummilli Liderə Türkiyədə də çox böyük dəyər verilir. Türkiyənin hər bir bölgəsində onun xatirəsini əbədiləşdirən parklar, abidələr var. Bu, Heydər Əliyevin həqiqətən də böyük şəxsiyyət olduğunun göstəricisidir. O, Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucusudur. Heydər Əliyev Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olduğu vaxtlardan öz ölkəsinin gələcəyini qurmağa başlamışdı. O, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ən çətin günlərdə ölkəsinə sahib çıxaraq bugünkü səviyyəyə gətirən bir liderdir”.

Bu gün təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş izdihamlı anım mərasimləri keçirilib. Mərasim iştirakçılarının bir qrupu AZƏRTAC-ın bölgə müxbirləri ilə söhbətlərində Ulu Öndərin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərini xatırladıb, bununla bağlı fikirlərini bölüşüblər.

Ağdam rayon Xındırıstan kənd sakini Aybəniz Cəfərova: “Ulu öndər Heydər Əliyevin 1970-ci ildə kəndimizə gəlişini indi də xatırlayıram. O vaxt kolxoza atam rəhbərlik edirdi. Həmin görüş çox yaxşı yadımdadır və həyatımın ən qiymətli xatirəsidir. Heydər Əliyevin rayona səfərləri zamanı çəkilmiş fotoşəkilləri evimizin çox dəyərli xatirəsi kimi saxlayıram. Rayonumuz işğal olunanda biz ilk olaraq onları götürdük. Sonra həmin fotoşəkilləri Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzinə verdik. Heydər Əliyev kimi tarixi şəxsiyyəti yaxından gördüyüm üçün özümü xoşbəxt hesab edirəm”.

Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri Əli Mustafayev: “Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən aqrar siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Mən uzun illər aqrar sahədə mütəxəssis kimi çalışmışam. Aqrar sektor Azərbaycan iqtisadiyyatında daim önəmli rol oynayıb. Bu sahənin əsaslı inkişafı isə ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti illərinə təsadüf edir. Məhz həmin dövrdən etibarən ölkəmizdə meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, üzümçülük və kənd təsərrüfatının digər sahələri inkişaf etməyə başladı. Rayonlarda ixtisaslaşma aqrar sahənin tərəqqisinə yol açdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra keçmiş SSRİ-nin geridə qalan ölkələri sırasında olan Azərbaycan qabaqcıl respublikaya çevrildi. Hamımız şahidiyik ki, 90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatında yaşanan tənəzzül kənd təsərrüfatından da yan keçmədi. Olan-qalan emal, kənd təsərrüfatı müəssisələri məhv oldu. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra torpaq islahatı həyata keçirildi və gələcək uğurların təməli qoyuldu. Hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. O cümlədən Xaçmaz da ən böyük kənd təsərrüfatı rayonu kimi bu inkişafdan öz payını alır. Bu gün fermerlər, sahibkarlar yaxşı gəlir əldə edirlər. Buna görə hamımız Ulu Öndərə minnətdarıq”.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zaqatala rayon komitəsinin sədri Sona Qazıyeva: “Ulu Öndəri fərqləndirən başlıca cəhətlərdən biri sadəliyi, doğma Vətəninə, xalqına bağlılığı idi. Bu dahi insanla 1972-ci ilin martında respublika komsomolunun 28-ci qurultayı çərçivəsində keçirilmiş görüş yaddaşımda dərin iz buraxıb. Qurultayda mənə də söz verildi. Çıxışımı bitirdikdən sonra rəyasət heyətində əyləşmiş ulu öndər Heydər Əliyevə müraciət edərək bacım Sevil Qazıyeva haqqında yazdığım şeiri oxumaq üçün icazə istədim. Ulu Öndər gülümsəyərək soruşdu: “Sən şeir də yazmağı bacarırsan?”. Şeirim Ulu Öndərin xoşuna gəldi. Həmin qurultaydan az sonra ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən pambıqçılıq üzrə ümumittifaq müşavirəsində iştirak etdim. Ötən əsrin 70-ci illərində minlərlə azərbaycanlı gənc kimi, mənim də gələcək həyat yolumun müəyyənləşdirilməsində, əməyimin qiymətləndirilməsində Heydər Əliyevin böyük rolu olub. Bacım, məşhur pambıqçı, mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın yolunu davam etdirmək üçün Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozunda işə başladım. Gənclərdən ibarət briqada yaratdım. Həmin illərdə Ulu Öndər Beyləqana səfər edərkən bir neçə dəfə bizim briqadamıza da baş çəkdi, gənc mexanizatorlarla görüşüb söhbətləşdi. Biz bunları unuda bilərikmi?”

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi qonşu Gürcüstanda da yaxşı xatırlayırlar.

Bu barədə danışan Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə müsahibəsində deyib: “Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi Gürcüstan xalqı üçün də əzizdir. Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib və biz bunu unutmuruq. Dahi şəxsiyyət olan Heydər Əliyev Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında mühüm rol oynayıb. Onun Gürcüstanın inkişafında da danılmaz xidmətləri olub. Məhz Heydər Əliyevin təşəbbüsü ilə çox mühüm regional layihələr həyata keçirilib. Bu layihələrdə Azərbaycan və Gürcüstan birgə iştirak edirlər. Böyük İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi iri layihələr Gürcüstanın suverenliyinin möhkəmlənməsinə xidmət edib. Biz, Gürcüstan vətəndaşları Heydər Əliyevin əziz xatirəsini hər zaman anırıq və ona təşəkkür edirik. Gürcüstan və Azərbaycan arasında mövcud əlaqələr bu gün də uğurla inkişaf edir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.

X X X

Fəxri xiyabana səhər saatlarından başlayan insan axını axşamadək davam edib. Ziyarətçilər buraya həm sonsuz qürur hissi, həm də sarsılmaz inamla gəlirdilər. Azərbaycan Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edir, onun dünya miqyasında nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanır, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır.

Dekabrın 12-də Fəxri xiyabanda yaşanan izdiham bir daha göstərdi ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzə deyil, gələcəyə aparan yollarımıza da işıq saçır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib