Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Xəzər dənizinin aparıcı aktoru kimi mövqe sərgiləyir - MÜSAHİBƏ

Azərbaycan Xəzər dənizinin aparıcı aktoru kimi mövqe sərgiləyir -  MÜSAHİBƏ

Bakı, 25 fevral, Günel Türksoy, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində Cənubi Qafqazın rolu və Azərbaycanın strateji mövqeyi getdikcə daha çox diqqət mərkəzinə çəkilir. Topçubaşov Mərkəzinin qeyri-rezident tədqiqatçısı Cozef Şumunov AZƏRTAC-a müsahibəsində ABŞ-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri və regional təhlükəsizlik məsələləri barədə fikirlərini bölüşüb. Həmçinin Cey. Di. Vensin səfəri və Prezident İlham Əliyevin beynəlxalq təşəbbüslərdə iştirakı kontekstində yaranan yeni siyasi reallıqlar təhlil olunub. Müsahibəni təqdim edirik.

-ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens fevralın 10-da Azərbaycana səfər etdi. Bu səfərin ikitərəfli münasibətlər, regional təhlükəsizlik və strateji əməkdaşlıq baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

-ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri ölkəni tərəfdaş və ya dost statusundan daha irəli apararaq, Donald Tramp administrasiyasının strategiyası ilə daha məqsədyönlü şəkildə uzlaşan ölkəyə çevirdi. Prezident Tramp dünyaya iqtisadi prizma ilə baxır. Bu yanaşma tez-tez Reyqan dövrünün “güc vasitəsilə sülh” siyasətinin yenilənməsi kimi təqdim olunsa da, praktikada “rifah vasitəsilə sülh” anlamına gəlir. O, müharibəyə insan həyatı sərf etməkdənsə, sabitliyi investisiya ilə təmin etməyin mümkünlüyünü daim vurğulayır. Bu baxış ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında da əks olunur və əsas ticarət marşrutlarının, eləcə də qlobal təchizat zəncirlərinin şaxələndirilməsini ön plana çıxarır.

-“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasında münasibətlərin institusional və strateji səviyyədə yeni mərhələyə keçdiyini göstərir. Sizcə, bu sənədin regional təhlükəsizlik arxitekturasına, enerji və nəqliyyat dəhlizlərinə, eləcə də Azərbaycanın xarici siyasət prioritetlərinə mümkün təsirləri nədən ibarət olacaq?

-Yuxarıda qeyd etdiyim kimi, sabitliyi investisiya ilə təmin etməyin mümkünlüyü yanaşması Xartiyanın mətnində də öz əksini tapıb. Belə ki, Xartiyada bağlantılılıq sözü 13 dəfə, ticarət sözü 8 dəfə, iqtisadi sözü isə 8 dəfə işlədilib. Bu isə Tramp administrasiyası üçün iqtisadiyyatla təhlükəsizliyin məhz bu nöqtədə kəsişdiyini göstərir. Həmçinin Vitse-prezidentin imzalanma mərasimində TRIPP planına sadiqliyini yenidən təsdiqləməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bağlantılılıq vasitəsilə sülhün möhkəmləndirilməsi təkcə sülh dividendi yaratmır, həm də bir növ sığorta mexanizmi rolunu oynayır. Regional infrastrukturda iqtisadi qarşılıqlı asılılıq dərinləşdikcə, bütün tərəflər, xüsusilə Azərbaycan sabitliyin qorunmasında birbaşa maraqlı olurlar. Çünki tam reallaşmış TRIPP layihəsinin pozulması ciddi iqtisadi nəticələr doğura bilər. Bu çərçivədə bağlantılılıq və rifah beynəlxalq təhlükəsizliyin alətlərinə çevrilir. Təhlükəsizlik aspektinə gəldikdə isə Cey. Di. Vensin mətbuata açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanı tərk edən son qüvvələrdən biri olduğunu və qlobal terrorizmə qarşı mübarizəyə çox dəstək verdiyini qeyd etməsi, Azərbaycanın ABŞ-nin antiterror əməliyyatlarına verdiyi töhfələrin yüksək səviyyədə və gecikmiş tanınması kimi qiymətləndirilə bilər. Diqqət çəkən məqamlardan biri də ərazi sularının qorunması üçün Azərbaycana bəzi yeni qayıqların göndəriləcəyi vədi oldu. Bu planın çatdırılma vaxtı, sayı və əməliyyat nəzarəti kimi detalları hələ də qeyri-müəyyəndir. Bu gəmilər ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunacaqmı, necə təhvil veriləcək və neçə ədəd olacaq? Buna baxmayaraq, bu addım Xəzər dənizinin strateji əhəmiyyətinin artdığını göstərir. ABŞ regionda, xüsusilə İran və İsrail ilə bağlı gərginlik fonunda daha görünən təhlükəsizlik mövcudluğuna ehtiyac görür. Məlumata görə, Xəzərdə ABŞ-nin daha fəal iştirak imkanları hələ əvvəlki administrasiya dövründə də müzakirə mövzusu olub.

-Prezident İlham Əliyev fevralın 20-də Vaşinqtonda Sülh Şurasının iclasında iştirakının Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, regional sülh gündəliyinin irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Eyni qaydada, Prezident Əliyevin Sülh Şurasının iclasında iştirakı ABŞ-ni Bakının nəzərində, sadəcə, tərəfdaş və ya böyük güc deyil, qlobal lider kimi mövqeləndirdi. Tramp administrasiyası regionda başqa heç bir böyük gücün bacarmadığını etdi, Azərbaycan və Ermənistan arasında sülhə nail oldu. 2020-ci ildə İkinci Qarabağ müharibəsini dayandıran atəşkəsə Rusiya vasitəçilik etmişdi, lakin tərəflər arasında davamlı sülhə nail ola bilməmişdi. Atəşkəs sənədinin 9-cu maddəsi Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tuturdu ki, bu da TRIPP çərçivəsinə bənzər idi. Rusiya eyni xidmətləri göstərməyə çalışsa da, prosesi sonadək həyata keçirə bilmədi. Avropa İttifaqı isə, xüsusilə Fransanın Bakıya qarşı kəskin bəyanatları fonunda sülh prosesində səmərəli rol oynaya bilmədi. Bu kontekstdə ABŞ yalnız sülhə sadiqliyini ifadə etmədi, həm də onu reallaşdırdı. Avqust ayında keçirilmiş üçtərəfli sammit gələcək Sülh Şurası üçün əsas sınaq meydanı oldu. Hər iki lider ABŞ-nin qlobal liderliyinə sadiqlik nümayiş etdirdi və bu mövqeni qoruyub saxlayır. Bakı Sülh Şurasında Birləşmiş Ştatların hegemoniyasının təzahürü kimi deyil, ABŞ liderliyinin yeni dünya nizamında azsaylı effektiv təhlükəsizlik və geoiqtisadi çərçivələrdən biri olduğunu göstərmək üçün iştirak edir. Bu mənada Rusiya və Çin aparıcı liderlər kimi deyil, əsas tərəfdaşlar olaraq qalır. Azərbaycanın Çin rəhbərliyindəki Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlükdən kənarda qalması da bunu göstərir. Avropa İttifaqı ilə ABŞ arasında artan fikir ayrılığı da Azərbaycanın Vaşinqtona etimadını gücləndirib. Əvvəllər Qərbin Bakıya yanaşması koordinasiyalı idisə, indi daha çox ABŞ mərkəzlidir.

Qlobal səviyyədə Azərbaycanın Sülh Şurasında təmsil olunması Bakının kiçik dövlətdən orta gücə çevrilməsinin göstəricisidir. Şuranın digər üzvləri Argentina, Misir, Türkiyə və başqaları da orta güclərdir. Tramp administrasiyası dövründə Azərbaycan artıq regionun kiçik dövləti deyil, əsas regional oyunçuya çevrilib. Mövcud üzvlər ABŞ-nin dəniz nizamı üçün strateji əhəmiyyət daşıyır: Türkiyə Qara dəniz üçün, Misir və Səudiyyə Ərəbistanı Qırmızı dəniz və Fars körfəzi üçün, İndoneziya isə Sakit okean üçün. Azərbaycan isə bu çərçivədə Xəzər dənizinin aparıcı aktoru kimi mövqelənir və bundan sonra da Xəzərin təhlükəsizliyini, inteqrasiyasını, kommunikasiyasını və mobilliyini formalaşdırmağa davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib