Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək
Bakı, 5 dekabr, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında son oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan yığma Bakıda Farer adaları kollektivini qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Matçı İsveçdən olan FIFA referisi Lovisa Yohansson idarə edəcək. Onun köməkçiləri Kamilla Stendal və Yilan Taher olacaq. Dördüncü hakim funksiyasını isə Maral Mirzai Beni yerinə yetirəcək.
Bu qrupun digər oyununda isə Kipr seçməsi səfərdə Monteneqronun qonağı olacaq.
Qeyd edək ki, beş turdan sonra 13 xalı olan Azərbaycan millisi 13 xalla həm qrup liderliyini, həm də B Liqasına vəsiqəni təmin edib. Xalı olmayan Farer adaları isə sonuncu pillədə qərarlaşıb.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
5 dekabr
19:00. Azərbaycan - Farer adaları
Baş hakim: Lovisa Yohansson
Bakı, “Dalğa Arena”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]