Azərbaycanda 9 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
Bakı, 4 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 9 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
AZƏRTAC Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 51 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 35 faiz azdır. Eləcə də ötən dövr ərzində, Azərbaycanda dövlət qurumlarının adına bənzər 5 saxta domen bloklanıb.
Qeyd edək ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen əldə edib. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq Dövlət Xidməti tərəfindən bloklanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]