AZƏRBAYCANDA “BAKU CUP-2007” TURNİRİ KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, sentyabrın 2-də Bakıda qadınlar arasında böyük tennis üzrə “BAKU CUP-2007” beynəlxalq turniri başlanacaqdır. Ötən ildən keçirilən yarış azarkeşlərin və idmanın bu növünün nümayəndələrinin çoxsaylı xahişi ilə ənənəvi turnirə çevrilir. “Gənclik” metro stansiyası yaxınlığındakı İdman-Tennis kompleksinin dörd kortu yarışlara artıq hazırdır. Turnirdə 32 idmançı, o cümlədən 5 Azərbaycan tennisçisi iştirak edəcəkdir. Mükafat uğrunda mübarizə aparmaq istəyənlərin sayı isə daha çoxdur. Onlar sentyabrın 2-də yarışmanı davam etdirmək uğrunda təsnifat oyununda mübarizə aparacaqlar. Xarici iştirakçılar arasında gənclərlə yanaşı, tanınmış idmançılar da var. Onlar Bakıya təkcə öz oyunlarının nümayiş etdirmək və ustalıqlarını artırmaq üçün deyil, həm də ATR təsnifatında beynəlxalq reytinqlərini artırmaqdan ötrü bal toplamağa gəlirlər.
Ümumi mükafat fondu 10 min dollar olan Bakı turnirinin beynəlmiləl hakimlər briqadasının üzvləri arasında iki azərbaycanlı mütəxəssis də var.
“BAKU CUP-2007” turnirinin ilk iştirakçıları tennis meydanına sentyabrın 3-də səhər çıxacaqlar. Tək və qoşa yarışların qalibləri bir həftədən sonra, finalın sonunda məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]