Azərbaycanda ekoloji təsərrüfat modeli yaradılır
Bakı, 25 may (AZƏRTAC). Azərbaycanda ABŞ-ın Sülh Korpusunun dəstəyi ilə Aqro İnformasiya Mərkəzinin (AİM) həyata keçirdiyi “Ekoloji təsərrüfat” layihəsi çərçivəsində təsərrüfatlarda yağış suyundan, məişət tullantılarından səmərəli istifadə olunacaq, günəş şüaları ilə meyvələrin qurudulması tətbiq ediləcəkdir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, bunun üçün Ağdam, Bərdə və Tərtər rayonlarından 15 kənd seçilmişdir. Məqsəd təsərrüfatlarda vəsait xərclərini azaltmaq, məhsul hasilatını artırmaq və ekoloji cəhətdən uyğun metodlar vasitəsilə fermerlərin gəlirlərini artırmaqdır.
Layihəyə daha çox ekoloji təmiz məhsullar becərən təsərrüfatlar cəlb edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]