Azərbaycanda xizək alpinizmi üzrə keçiriləcək ilk beynəlxalq yarış bəlli olub
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycanda xizək alpinizmi üzrə keçiriləcək ilk beynəlxalq yarış açıqlanıb.
Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlovanın AZƏRTAC-a verdiyi məlumata görə, bu il martın 9-10-da “Şahdağ” Turizm Mərkəzində Beynəlxalq Xizək Alpinizm Federasiyasının da təqviminə salınan vertikal və sprint növləri üzrə turnir təşkil olunacaq.
G.Bədəlova sözügedən yarışın keçirilməsinin Azərbaycan idmanı üçün tarixi hadisə olacağını bildirib.
Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən Şahdağ Turizm Mərkəzinə dağ xizəyinin slalom, böyük slalom və super G növü üzrə beynəlxalq yarışlara ev sahibliyi etmək hüququnun verilməsinə də toxunan baş katib bu cür turnirlərin təşkili üçün FIS-a müraciət ünvanlayacaqlarını vurğulayıb: “Yuxarıda sadalanan növlər üzrə turnirləri gələn qış mövsümündən etibarən təşkil edəcəyik. Çalışacağıq ki, bu proses daha da sürətlənsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]