Azərbaycanı Gimnaziadada təmsil edəcək qılıncoynadanlar Serbiyaya yollanıblar
Bakı, 4 aprel, AZƏRTAC
Serbiyanın Zlatibor şəhərində keçiriləcək Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycanın qılıncoynatma millisi səfərə yollanıb.
Qılıncoynatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə ölkəmiz qılıncoynatmanın sablya və şpaqa növləri üzrə təmsil olunacaq.
Məşqçilər Nəcəf Məhərrəmov və Elvin Rzazadənin rəhbərlik etdiyi komandanın heyəti Fatimə Şükürlü, Cahan Sadıxova, Zəhra Xəlilova, Gəray Məmmədli, Abdulmalik Nəsibzadə, Nəcəf Şabanlı, Mirnuray Abbasova, Esnat Mirzəyeva, Aydan Atakişiyeva, Rəhman Məmmədov, Tunar Süleymanov və Bəhram Əliyevdən ibarətdir.
Cavanşir Ağakişiyev isə turnirdə hakimlik edəcək.
Qeyd edək ki, Gimnaziada aprelin 4-dən 14-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]