Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı uğurla davam edir

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı uğurla davam edir

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov aprelin 26-da Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Qeyd edib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib.

Əli Həsənov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş bir milyon 200 mindən çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Komitə sədri Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər zəngin təcrübənin toplandığını, indiyədək həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin ölkəmizdə öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb.

Xüsusilə Prezident İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmiş səylərin gücləndirilməsi məqsədilə keçən ilin iyununda Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişinin müzakirə olunduğu görüşdə indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində respublikanın müxtəlif ərazilərində məskunlaşmış məcburi köçkünlər üçün tikilmiş uşaq bağçaları, məktəblər, icma mərkəzləri kimi sosial-infrastruktur obyektlərinin təmiri, içməli su, elektrik enerjisi ilə təchizatı, kəndlərarası və daxili yolların təmiri, sanitariya və irriqasiya sistemlərinin bərpası, habelə yeni salınmış qəsəbələrdə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, məcburi köçkünlərin gəlir imkanlarının artırılması və məşğulluğunun təmin olunması istiqamətində də məcburi köçkün icmalarına texniki və maliyyə dəstəyi göstəriləcək. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasındakı həyata keçirilən layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla davam etdirilib. İstər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr ölkəmiz üçün mühüm önəm kəsb edir.

Dünya Bankı tərəfindən həyata keçirilən bir çox layihələrdən danışan Navid Hasan Naqvi qeyd edib ki, bu layihələr içərisində ən çox diqqətçəkən kənd yerlərinin inkişafını dəstəkləyən və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrdir. O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti həm Bakı ətrafı ərazilərdə, həm də regionlara səfər edərək layihə yerlərinə baş çəkərək orada həyata keçirilən işlərlə yerində tanış olacaqlar.

Baş nazirin müavini Dünya Bankının nümayəndələrinin yeni layihə yerlərinə səfər etmələrini və həyata keçirilən işlərlə tanış olmalarını yüksək qiymətləndirib və bu səfərlərin mütəmadi təşkilinin vacibliyini vurğulayıb.

Əli Həsənov bildirib ki, Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin gündən-günə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarında didərgin düşmüş 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməsi zərurəti qalmaqdadır.

Bu gün Azərbaycanın sürətlə inkişaf edərək dünyanın nüfuzlu ölkələrindən birinə çevrildiyini, dünyəvi problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi etdiyini, dünya dövlətləri, beynəlxalq maliyyə qurumları ilə qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran Baş nazirin müavini deyib ki, bütün bu qazanılmış uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində əldə olunub. Bu yaxınlarda ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları isə ölkəmizin artan nüfuzunu bütün dünyaya bir daha nümayiş etdirəcək.

Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən Navid Hasan Naqvi Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O qeyd edib ki, təmsil etdiyi qurum da Azərbaycan Hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. O, fəaliyyəti dövründə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəmədiyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib. Navid Hasan Naqvi, eyni zamanda, istər paytaxt Bakının, istərsə də regionların sürətlə inkişaf etdiyini, ölkəmizin sülhün, tolerantlığın və həmrəyliyin mövcud olduğu bir məkana çevrilməsinin onda xoş təəssürat yaratdığını qeyd edib.

Görüşdə Navid Hasan Naqvinin məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların istismarı ilə bağlı fikirlərinə toxunan Əli Həsənov diqqətə çatdırıb ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edib. Dövlətimizin başçısının və Birinci vitse-prezidentin tapşırığı ilə qəzalı vəziyyətdə olan yataqxanalarda və digər obyektlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı müvafiq işlər görülməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında ilk məğlubiyyətini alıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq