AZƏRBAYCANIN GƏNC ALİMİ BERLİNDƏ MÜHAZİRƏ OXUYACAQDIR
Berlin, 20 iyun (AZƏRTAC). İyunun 26-da Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin (AAƏM) binasında Mannhaym Avropa Sosial Tədqiqatlar Mərkəzində doktorant-tədqiqatçı Azər Babayev “Cənubi Osetiyada müharibədən sonra Dağlıq Qarabağ münaqişəsi: sülh üçün gözlənilməz şans” mövzusunda mühazirə oxuyacaqdır. Tədbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsi ilə əlaqədar alman cəmiyyətinin maarifləndirilməsi üzrə AAƏM-in proqramı çərçivəsində təşkil ediləcəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]