Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Fatimə Mehdiyeva

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİFatimə Mehdiyeva

Bakı, 15 avqust, Anara Axundova, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələrin laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Budəfəki həmsöhbətimiz Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdi, beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı və laureatı Fatimə Mehdiyevadır.

On beş yaşı olan 10-cu sinif şagirdi Fatimə istedadlı skripkaçı olmaqla yanaşı, həm də rəqslə məşğul olur, ingiliscəni sevir və Koreya dilini öyrənir. Anası pianoçu olsa da, gənc musiqiçi skripka alətini seçib və bunun çox maraqlı tarixçəsi var.

Fatimə 5 yaşında Stradivari, onun iblislə sövdələşməsi haqqında rəvayəti eşidib. Gənc ustanın hazırladığı skripka iblisin o qədər xoşuna gəlir ki, ondan istədiyi arzusunun yerinə yetirilməsi müqabilində aləti ona verməsini xahiş edir. Bu təklif gəncə cəlbedici gəlir və əbədi həyat bəxş ediləcəyi təqdirdə onunla razılaşır. İblis deyir ki, onun arzusunu yalnız bir şərtlə yerinə yetirə bilər, gənc usta daha 999 belə gözəl alət hazırlamalıdır. Həmçinin xəbərdarlıq edir ki, alətlərin sayı minə çatanda, gənc usta öləcək...Stradivari tam min ədəd skripka hazırlayandan sonra vəfat edir, amma onların hər birinə qəlbinin bir hissəciyini qoyub gedir. Həmin alətlər, onlarla birlikdə isə ustanın ruhu əbədi yaşayacaq.

Bu əhvalat balaca Fatiməyə çox təsir edir və gözüyaşlı qızcığaz anasına yaxınlaşaraq skripkada ifa etmək istədiyini deyir. Beləliklə, cəmi 5 yaşında olan balaca qız 12 nömrəli musiqi məktəbinin hazırlıq sinfinə gedir.

İstedadlı qız 6 yaşından etibarən müsabiqələrə qatılıb. O, Gürcüstanda “Harmoniya” V Beynəlxalq Musiqi Festivalının laureatı olub, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa etməsinin 25 illiyinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında Milli Musiqi Müsabiqəsində 3-cü yeri, Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların Respublika müsabiqəsində 1-ci yeri, Azad Əliyev adına skripkaçıların I Beynəlxalq müsabiqəsində 3-cü yeri, “Dünya harmoniyası” III Beynəlxalq müsabiqəsində 3-cü yeri tutub.

Fatimə üçün ən yaddaqalan skripkaçıların Azad Əliyev adına I Beynəlxalq müsabiqəsidir. O, burada görkəmli skripkaçının oğlu ilə tanış olub.

O, müsabiqələrə hazırlaşarkən səylə məşq edir, əsəri dinləyir, onu əvvəllər ifa etmiş musiqiçilərin üslubunda ifa etməyə çalışır. Fatimə etiraf edir ki, çıxışlardan əvvəl çox həyəcanlanır: “Səhnəyə çıxanda özümə təlqin edirəm ki, məşq etmişəm, qorxacaq heç nə yoxdur. Amma musiqiyə qərq oluram və həmin anda həyəcan tamamilə keçir. Sonra qürur duyuram; artıq özümə deyə bilərəm ki, sən bunu bacardın, qorxu hissini dəf etdin!”

Skripkaçının sözlərinə görə, müsabiqələrdə iştirak edənlər çox mehribandır və rəqabətə baxmayaraq, yenə də bir-birlərinə dəstək olurlar: “Bir-birimizə deyirik – sən bunu bacararsan! Müsabiqələrdə musiqiçi dostlarla rastlaşıram. Bəzi uşaqlarla yaxından dostluq etməyi bacardım”.

İstedadlı qız Genuyada keçirilən Paqanini Beynəlxalq Akademik Skripka Müsabiqəsində iştirak etmək arzusundadır. O deyir: “Paqaninini çox sevirəm! Bu müsabiqədə iştirak etmək üçün proqram hazırlamalı və ərizə verməliyəm”.

Gələcək planlarından danışan Fatimə musiqiçi olacağına inandığını və Köln Musiqi Məktəbinə daxil olmaq istədiyini deyir.

Fatimənin anası, pianoçu, 12 nömrəli musiqi məktəbinin direktor müavini Nərmin Mehdiyeva söhbətimizə qoşulur. Onun sözlərinə görə, uşağının öz valideyninin yolu ilə getməsi və onun çalışdığı məktəbdə təhsil alması böyük məsuliyyətdir: “Siz özünüz musiqiçi olanda, uşağınız da eyni peşə üzrə təhsil alanda problemlər yaranır. (Gülür.) İnsanlar elə bilirlər ki, uşağın musiqiçi valideynləri varsa, onun üçün daha asan olur. Ancaq asan heç nə yoxdur, hər şey daha çətin olur. Fatimənin pedaqoquna çox güvənirəm və onlara mane olmamağa çalışıram. Hərdən gəlirəm, dərsdə otururam, müəllimin dediklərinə qulaq asıram, amma dərs prosesinə qarışmıram”.

Skripkaçının anası deyir ki, direktor müavini kimi öz şagirdlərinin məktəbdə çıxışları zamanı onlara dəstək olmaq üçün həmişə pərdə arxasında olur: “Uşaqlarımız mənim üçün vahid bir ailənin üzvləridir, onlar gözümün qabağında böyüyürlər. Şagirdlərimi hər gün məktəbdə görürəm. Amma öz uşağınız ifa edəndə ikiqat stres yaranır”.

Qızından danışan həmsöhbətimiz qeyd edir: “O, məqsədyönlü, eyni zamanda inadkar qızdır! Qarşısına məqsəd qoyursa, mütləq ona çatmalıdır. Fatimə nə istədiyini bilir”.

Pedaqoq Nailə Həmidova da şagirdindən danışır: “Fatiməni yanıma gətirəndə, onun cəmi 5 yaşı vardı. İlk dərsdən anladım ki, o, adi uşaq deyil, yetkin insanlar kimi bütün suallara aydın cavab verirdi. Yorğun olmasına baxmayaraq, bunu heç vaxt büruzə verməzdi. Onun çox yaxşı yaddaşa sahib olduğunu müşahidə etdim. Bu, bizə çoxlu sayda parçaları əzbərləməyə imkan verdi, ona görə də bir il ərzində birlikdə çox iş gördük. Hər il respublika, beynəlxalq müsabiqələrdə və festivallarda çıxış etməklə yanaşı, hesabat konsertlərinə qatılmağa başladıq. Bundan əlavə, o, təkcə Bakıda deyil, Azərbaycanın bölgələrində də çıxış edir. Fatimə həmişə mətanətli olub. Əhsən! Hətta bəzi uğursuzluqlar belə onu sındırmadı, daha da irəli getdi. O, həm də təvazökardır. Orta məktəbdə oxuyur, ona görə də musiqiyə istədiyindən az vaxtı olur... Bunu başa düşmək olar, skripka mürəkkəb alətdir. Birinci sinifdən onun valideynlərinə dedim ki, qızınız ilə skripka bir vəhdət təşkil edir. Mən onun gələcəyini, böyük səhnədə təkcə orkestrant qismində deyil, solist kimi də çıxışlarını görürəm. Düşünürəm ki, Fatimə hələ özünü göstərəcək. Uşağın böyük potensialı var, o, bizim gələcək ulduzumuzdur. Bu adı yadınızda saxlayın - Fatimə Mehdiyeva”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin                                

Ankara regional sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu təsdiqləyib