Azərbaycanın hərbi həkimləri ABŞ-da keçirilən konfransda iştirak ediblər
Bakı, 18 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri ABŞ-ın Arlinqton şəhərində keçirilən Amerika Mikrobiologiya Elmi Cəmiyyətinin (ASM) biomüdafiə məsələlərinə və yeni yoluxucu xəstəliklərin tədqiqatına dair illik konfransında iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan ilə yanaşı, 50-dən çox ölkədən, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Belçika, Hindistan, Koreya Respublikası, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstandan nümayəndə heyətləri iştirak ediblər.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nümayəndələri, tibb xidməti mayorları Surxay Məmmədovun və Namiq Hüseynovun iştirak etdikləri konfransda biotəhlükəsizlik məsələlərinə, eləcə də tibbə yeni məlum olan xəstəliklərə dair tədqiqatların nəticələrinə dair ətraflı müzakirələr aparılıb.
Hazırda dünyada artan bioterrorizm təhlükəsi ilə əlaqədar biomüdafiə və biotəhlükəsizlik məsələləri sahəsində perspektiv istiqamətlərin müəyyənləşdirilməsinə dair konfransda məruzələr dinlənilib, müxtəlif mütəxəssis və ekspertlər bəşəriyyətin Ebola, Lassa, Marburq, Zika virusları kimi qlobal bioloji təhlükədən qorunması yolları ilə bağlı fikirlərini bölüşüblər.
Bundan əlavə, bakterioloji (bioloji) silahın tətbiqi imkanları, bəşəriyyətin bu bəladan qorunması, ümumiyyətlə bioloji silah kimi istifadəsi ehtimal edilən patogenlərin dünyada yayılma arealı müzakirə olunub. Alimlərin apardıqları bir sıra tədqiqatların nəticələri nümayiş etdirilib, epidemioloqlar, mikrobioloqlar və infeksionistlər təcrübələrini bölüşüblər.
Konfrans çərçivəsində ölkəmizi təmsil edən nümayəndələr bir çox mütəxəssislərlə görüşlər keçirib, naməlum mənşəli qızdırmalı xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [18:32]
Azərbaycan və İtaliya HHQ-nin əməkdaşları arasında ekspert görüşü keçirilib
- 17.04.2025 [16:23]
Azərbaycan və Serbiyanın Hərbi Hava qüvvələrinin komandanları görüşüb
- 16.04.2025 [15:32]
Azərbaycanın müdafiə naziri Hulusi Akarla görüşüb
- 16.04.2025 [11:08]
MN: Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti diqqət mərkəzindədir
- 15.04.2025 [18:32]
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
- 14.04.2025 [17:45]