Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İtaliyadakı səfiri: Biz ədalət istəyirik!

Azərbaycanın İtaliyadakı səfiri: Biz ədalət istəyirik!

Roma, 24 oktyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və ölkəmizin atdığı addımlar, Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən İtaliyadan gözləntiləri barədə səfir Məmməd Əhmədzadə İtaliyanın “Sputnik Italia” və “First Online” xəbər portallarına müsahibələr verib.

AZƏRTAC xəbər verir ki, müsahibələr “Azərbaycanın İtaliyadakı səfiri: Biz ədalət istəyirik” və “İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır” başlıqları ilə dərc olunub. Səfir müsahibələrdə Ermənistanın otuz ildən artıqdır ki, ölkəmizin iyirmi faiz ərazisini işğal edərək həmin yerlərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini bildirib. Diqqətə çatdırıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri həm cəbhə xəttində Azərbaycan ordusunun mövqelərini, həm də yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutub, bu müddət ərzində əldə olunmuş humanitar atəşkəs barədə razılığa əməl etməyib, cəbhə xəttindən uzaqda yerləşən ərazilərimizə, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirib. Ermənistanın məqsədi ölkəmizin ərazilərinin işğalını davam etdirməklə yanaşı, yeni torpaqlar əldə etməkdir. Azərbaycan isə ədalət istəyir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə hörmətlə yanaşılımasını tələb edir. Azərbaycan Ordusu ölkəmizin suveren ərazisində işğal altında olan torpaqlarımızı azad etmək və Ermənistanı sülhə məcbur etmək üçün vuruşur.

“Türklərin F-16 qırıcı təyyarəsinin döyüşlərdə iştirak etməsi” ilə bağlı suala cavab olaraq M.Əhmədzadə Türkiyənin Azərbaycanın dostu və vacib tərəfdaşı olduğunu, lakin sadəcə mənəvi dəstək verdiyini və hərbi əməliyyatlarda iştirak etmədiyini diqqətə çatdırıb. Bildirib ki, 10 milyonluq əhalisi, yaxşı təlim görmüş və komplektləşdirilmiş ordusu olan Azərbaycanın hərbi yardıma ehtiyacı yoxdur. Ölkəmiz müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif təchizatçılardan silahlar alır və bunu hər zaman açıq bəyan edir. Əslində beynəlxalq ictimaiyyət kasıb, maliyyə resursları olmayan və borc içində boğulan Ermənistandan bütün bu hərbi avadanlıqları almaq üçün haradan bu qədər çox pul əldə etməsini soruşmalıdır.

M.Əhmədzadə “döyüşlərə Suriyadan gələn cihadçıların cəlb olunması” iddiasına cavab verərək, bunun tamamilə saxta xəbər olduğunu və Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğraması səbəbindən bu ölkənin rəhbərliyi tərəfindən qəsdən və məqsədli şəkildə yayıldığını diqqətə çatdırıb. Diplomat bu münaqişənin Azərbaycan və Ermənistan arasında olduğunu bildirib. Vurğulayıb ki, Ermənistanın baş naziri dünyanın əksər aparıcı paytaxtlarına davamlı olaraq zəng vurub yardım dilənir. Ermənistanın bu münaqişəni beynəlmilləşdirməsi cəhdləri destruktiv və təhlükəlidir.

Səfir, həmçinin Ermənistan tərəfinin bu saxta məlumatı yaymaqda məqsədinin münaqişəyə dini məzmun vermək və beləliklə də qərb ölkələrindəki ictimai fikri öz tərəfinə çəkmək olduğunu deyib. M.Əhmədzadə əslində Ermənistan silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan gələn xarici döyüşçülərin və onların arasında Yaxın Şərqdə yaradılmış “ASALA - Ermənistanin azadlığı uğrunda gizli erməni ordusu” kimi beynəlxalq səviyyədə tanınmış terrorçu təşkilatların üzvlərinin olduğunu qeyd edərək, beynəlxalq ictimaiyyət tərəfindən bunun qınanılmasının vacibliyini vurğulayıb.

Münaqişənin tarixi və başvermə səbəbləri haqqında danışan M.Əhmədzadə Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olması, XIX əsrdən başlayaraq ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməsi, Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etməsi və bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsi, eləcə də Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı soyqırımı və digər müharibə cinayətləri törətməsi barədə məlumat verib. Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə qondarma qanunsuz rejim yaratdığını bildirən səfir Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərin olduğunu, lakin Ermənistanın bunlara məhəl qoymadığını diqqətə çatdırıb.

Azərbaycan-İtaliya münasibətləri haqqında danışan səfir M.Əhmədzadə bu iki dövlətin dost, habelə strateji tərəfdaş olduğunu, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizinin Azərbaycanın payına düşdüyünü, eləcə də Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçısı və italyan məhsullarının ən böyük idxalçısı olduğunu bildirib. O, bu ilin fevral ayında İtaliyaya səfəri zamanı Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının baş naziri Cüzeppe Konte arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ikitərəfli münasibətlərin enerji sahəsində tərəfdaşlıqdan daha da irəli gedərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Diplomat Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərdiyini və bu şirkətlərin Azərbaycandakı iri layihələrə cəlb olunduğunu, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya gələcək Azərbaycan qazı sayəsində İtaliyanın Avropada enerji qovşağı rolunu oynayacağını qeyd edib.

Səfir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji infrastruktur obyektlərini hədəfə aldığını və Azərbaycanın geostrateji ərazilərinin mərkəzindəki neft-qaz kəmərlərinə ziyan vurulacağı təqdirdə bunun İtaliyanın da iqtisadi maraqlarına zərbə vura biləcəyini deyib, bu xüsusda İtaliyanın Ermənistanı sülhə məcbur etmək üçün daha fəal rol olmasının vacibliyini bildirib.

“Beynəlxalq ictimaiyyətdən nə tələb edirsiniz?” sualına cavab olaraq, M.Əhmədzadə Azərbaycanın beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü açıq şəkildə qınamağı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən təcili, tam və qeyd-şərtsiz çıxarılması üçün Ermənistana təzyiq göstərməyi tələb etdiyini söyləyib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur