Azərbaycanın Latviyadakı səfiri Riqa sammitinə dəvət alıb
Riqa, 29 aprel, AZƏRTAC
Latviya Xarici İşlər Nazirliyinin Dövlət katibi Andreys Pildeqoviçs Azərbaycanın bu ölkədəki səfiri Elman Zeynalova, habelə Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan diplomatik missiya rəhbərlərinə mayın 21-22-də Riqada keçiriləcək dördüncü Şərq Tərəfdaşlığı Sammitinə rəsmi dəvətnamələri təqdim edib.
Dəvətnamələri Avropa Parlamentinin sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Latviya Respublikasının Baş naziri Laymdota Strauyuma imzalayıblar.
Andreys Pildeqoviçs vurğulayıb ki, Riqa sammiti Vilnüsdə keçirilmiş üçüncü Şərq Tərəfdaşlığı Sammitindən ötən dövr ərzində əldə olunan irəliləyişləri qiymətləndirməyə imkan verəcək. Bundan başqa, sammitdə Şərq Tərəfdaşlığının inkişaf siyasəti və Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Görüşdə A.Pildeqoviçs və Şərq Tərəfdaşlığı ölkələrinin səfirləri Riqa sammitinə hazırlıqla bağlı fikir mübadiləsi aparıblar. Səfirlər Latviyanın Aİ Şurasına sədrliyi dövründə ən mühüm hadisələrdən biri olan Riqa sammitinə hazırlığı yüksək qiymətləndiriblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa