Azərbaycanın Müdafiə naziri “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış ediblər.