Azərbaycanın qadın qılıncoynadanları dünya kubokunun mərhələ yarışında iştirak ediblər
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycanın sablya üzrə qadınlardan ibarət milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunun mərhələ yarışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Anna Başta (3 qələbə), Valeriya Bolşakova (3 qələbə), Sevil Bünyatova (3 qələbə) və Səbinə Kərimova (4 qələbə) qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.
Pley-offun birinci görüşündə ABŞ təmsilçisi Kamali Tompsona 15:7 hesabı ilə qalib gələn Anna Başta ardınca tunisli Azza Besbes üzərində 15:6 hesablı qələbə qazanıb. A.Başta otuzikidəbir finalda İtaliya sablyaçısı İren Veççiyə 10:15 hesabı ilə uduzub.
Pley-offun birinci görüşündə Almaniya idmançısı Larissa Eyfleri 15:14 hesabı ilə məğlub edən Valeriya Bolşakova daha sonra Karolin Queroli (Fransa) üzərində 15:13 hesablı qələbə qazanıb. V.Bolşakova otuzikidəbir finalda Mariel Zaqunisə (ABŞ) 5:15 hesabı ilə məğlub olub.
Səbinə Kərimova ilə Sevil Bünyatova isə pley-offun birinci mərhələsində müvafiq olaraq Miçela Battison (İtaliya) və Silviya Matuzsaka (Polşa) məğlub olub. S.Kərimova 9:15, S.Bünyatova isə 4:15 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]