AZƏRBAYCANIN TİCARƏT ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Keçən il Azərbaycan dünyanın 123 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, həmin ölkələrdən Azərbaycana 2 milyard 316 milyon 832,6 min ABŞ dolları dəyərində müxtəlif növ məhsul idxal olunmuşdur. Respublikamızdan bu ölkələrə göndərilən məhsulların ümumi dəyəri isə 2 milyard 162 milyon 506,7 min dollar təşkil etmişdir.